Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

2025-ci il ərzində Azərbaycandan xaricə ixrac olunan at ətinin miqdarı açıqlanıb.

Bu barədə Sherg.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində Azərbaycandan ümumilikdə 120 ton at əti ixrac olunub.

“At əti Azərbaycandan Qazaxıstan Respublikasına ixrac edilib”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, at əti əsasən Orta Asiya, bəzi Avropa və Asiya ölkələrində ənənəvi mətbəxin bir hissəsi kimi istehlak edilir. Ən çox istehlak edildiyi ölkələrə Qazaxıstan, Qırğızıstan, Monqolustan, Yaponiya, Çin, həmçinin İtaliya, Fransa və Meksika daxildir. Qazaxıstan və Qırğızıstanda bu ət növü xüsusilə məşhurdur. Bu ölkələrdə at əti zülal və dəmir baxımından zəngin hesab edilir.