
Azərbaycan Çin bazarına açılır - ŞƏRH
11:33 24.04.2025
İqtisadiyyat
724
İqtisadi tərəfdaşlıq Çin məhsullarının Azərbaycan bazarında da mövqeyini gücləndirəcək
Bu gün ölkələr bir-biri ilə sıx iqtisadi əlaqələr qurmağa çalışır. Ticarət, sərmayə və nəqliyyat sahələrində əməkdaşlıq dövlətlərin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə də yerləşdiyi coğrafi mövqeyə görə bəzi ölkələr üçün bu əməkdaşlıqlar əlavə imkanlar yaradır. Yeni tərəfdaşlar tapmaq, mövcud əlaqələri gücləndirmək və qarşılıqlı faydalı layihələr həyata keçirmək bu sahədə atılan əsas addımlardandır. Belə əməkdaşlıqlar həm ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir, həm də gələcək inkişaf üçün vacib baza yaradır.
Azərbaycanla Çin arasında ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərarın verilməsi də bu sahədə atılan mühüm addım oldu.

Sherg.az-a açıqlama verən iqtisadçı ekspert Ruslan Atakişiyev açıqlamasında Çin-Azərbaycan arasında iqtisadi cəhətdən atılan addımları yüksək qiymətləndirib:
"Azərbaycanla Çin Xalq Respublikası arasında son dövrlərdə bağlanmış iki tərəfli sazişlərin iki dövlət arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə böyük faydası var.
Artıq Çin şirkətləri Azərbaycanın qeyri-neft sektorunda bir sıra investisiya layihələrinə vəsait yatırırlar. Həmçinin yeni layihələrdə də maraqlıdırlar. Bu, gözlənilən idi. Çünki Çinlə ABŞ arasında ticarət müharibəsinin kəskinləşməsi çərçivəsində Çinin başqa ölkələrlə iqtisadi əməkdaşlığının genişləndirilməsi planlaşdırılırdı.
Bunun fonunda hesab edirik ki, gələcəkdə bu, Azərbaycanın həm də Çin-Avropa iqtisadi əməkdaşlığı çərçivəsində logistika, tranzit yolu kimi mövqeyimizi daha da gücləndirəcək. Çünki orada imzalanan sazişlərdən biri də məhz bununla bağlı idi.
Digər məsələ isə qeyri-neft sektorunun inkişafıdır.
İqtisadi tərəfdaşlıq Çin məhsullarının Azərbaycan bazarında mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu gün Çin dünyada istehlak baxımından da ilk üçlükdə olan bazardır".
Ekspert sonda Çin bazarının həcminin 30 trilyon dollardan daha çox qiymətləndirildiyini söyləyib.
O, Çin bazarına nüfuz edərək bu imkanlardan istifadə edib yerli istehsalçıların da ora məhsul ixracı məsələsi ətrafında ciddi fikirləşməyə ehtiyac olduğunu qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm