Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb
Yusif Nəzərli
04:33 21.03.2025
İqtisadiyyat
446
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 29 milyon ABŞ dolları dəyərində 1 266 ədəd avtomobil ixrac edib.
Sherg.az Gürcüstanın "24News.ge" saytına istinadən xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 27 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Təkcə fevral ayında Gürcüstan Azərbaycana 16,6 milyon ABŞ dolları dəyərində 680 ədəd avtomobil satıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 15 % və 25 % azdır.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 285 milyon ABŞ dolları dəyərində 12 238 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 9 % çox və 1,1 % azdır.
O cümlədən Gürcüstandan Qırğızıstana 149 milyon ABŞ dolları dəyərində 5 020 ədəd, Qazaxıstana 84 milyon ABŞ dolları dəyərində 4 912 ədəd, Ermənistana 9,81 milyon ABŞ dolları dəyərində 390 ədəd, Tacikistana 5,4 milyon ABŞ dolları dəyərində 227 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm