Azərbaycan həm sosial, həm də tibbi sahəyə istənilən qədər vəsait ayırmağa hazırdı
Turan
08:59 03.08.2020
İqtisadiyyat
957
"Pandemiya ilə mübarizədə Azərbaycan həm də regional və qlobal ruhda çıxış edib". Bu sözləri "Sherg.az"a millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, COVID-19-a qarşı ölkəmizdəki mübarizə tədbirlərini bütün dünyaya nümunə kimi göstəmək olar:
"Pandemiya səbəbindən bəzi sahədə geriləmələr baş verdiyi halda Prezidentin rəhbərliyi ilə sosial sahədə bir sıra layihələrə imza atıldı və insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox ciddi işlər görüldü. Bu günlərdə ölkə rəhbəri növbəti dəfə regionlara səfər etdi. Prezidentin tapşırığı ilə yeni modul tipli xəstəxanaların qurulması nəzərdə tutulmuşdu və 4 rayonda bu xəstəxanaların açılışı oldu. Dövlət başçısı Şəki şəhərindəki modul tipli xəstəxananın açılışında iştirak edərək geniş nitq söylədi. Qeyd etdi ki, Azərbaycan dövləti pandemiya dövründə vətəndaş amilini ön plana qoyaraq onun sağlamlığının qorunması istiqamətində addımlar atdı. Son 16 ildə ölkəmizin səhiyyə infrastrukturunun yenilənməsi nəticəsində 40-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş xəstəxanalarda koronavirusa yoluxmuş vətəndaşlarımızın müalicəsi aparılır. Bununla da ilk növbədə daha çox çarpayı yerinin təmin edilməsi insanların daha tez sağalmasına istiqamətləndi".
C.Osmanov bəyan edib ki, 10 modul tipli xəstəxanadan artıq 9-u istifadəyə verilib və 10-nuncu da yaxın günlərdə istifadəyə veriləcək:
"Bununla yanaşı Fövqəladə Hallar Nazirliyinin nəzdində 800 çarpayı yerlik modul tipli xəstəxananın açılışı da həyata keçirilib. Pandemiyanın dünyada tüğyan etdiyi vaxtlarda müəyyən qədər ajiotaj yaranmışdı. Tibbi maskaların, kombinzonların və digər qoruyucu vasitələrin qıtlığı müşahidə olunurdu. Lakin, ölkəmizdə qısa müddətdə Prezidentin tapşırığı ilə Sumqayıt Kimya Parkında 2 yeni müəssisə yaradıldı. Bununla da həm tibbi maska, həm digər tibbi ləvazimatlar istifadəyə verildi, həm də tibbi kombinzonların və digər bu kimi qoruyucu vasitələrlə bağlı digər ölkələrdən asılılığımızın qarşısını alındı. Həmçinin, testlərin sayının çox olması və qısa müddət ərzində laboratoriyaların sayının çoxaldılması ölkə Prezidentinin tapşırığı ilə həyata keçirildi. Artıq 700 mindən çox Azərbaycan vətəndaşı testdən keçib ki, bu sahədə Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən hesab etmək olar. Həmçinin, pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqqının 3-5 mislində artırılması da bu istiqamətdə atılmış müstəsna addımlardan biridir".
C.Osmanov qeyd edib ki, Azərbaycan 2 dəfə ÜST-ə 5 milyon dollar vəsait köçürüb və 30-dan çox ölkəyə müxtəlif humanitar yardımlar göstərib:
"Bütün görülən işlərlə yanaşı insanlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təsirli layihələr həyata keçirilib. Bu istiqamətdə 3,5 milyarddan çox vəsait xərclənib. Prezident qeyd etdi ki, biz istənilən qədər, həm sosial, həm də tibbi sahəyə vəsait ayırmağa hazırıq və Azərbaycan dövlətinin buna kifayət qədər gücü var. Lazım olduqca istənilən məbləğ və vəsait bu istiqamətdə ayrılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya