Azərbaycan hökümətinin anti-böhran paketi effektiv olacaq
Şəymən Bayramova
08:12 03.04.2020
İqtisadiyyat
1040
“Bu paketin həcminə görə respublikamız MDB ölkələrində birincidir”
“2.5 milyard manat ÜDM-nin 3.1 faizini təşkil edir. Bu, Azərbaycan iqtisadiyyatının miqyasına görə kifayət qədər samballı rəqəmdir”
Koronavirus pandemiyası milli iqtisadiyyatlara milyardlarla zərər vurmaqda davam edir. Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatının da zərərləri olmamış deyil. Bir tərəfdən neftin ucuzlaşması fonunda tədiyyə balansına pozitivlik verən neft gəlirlərinin azalması, digər tərəfdən də geniş karantin tədbirləri çərçivəsidə qeyri-neft sektorunun əsas lokomotivi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər ümumi iqtisadiyyat üçün tənəzzül perspektivi vəd edir. Toyların, konsertlərin və digər kütləvi tədbirlərin təxirə salınması, restoranların, kafelərin iş saatlarının məhdudlaşdırılması ictimai iaşə və ticarət obyektlərinin gəlirlərini kəskin azaldıb. Əcnəbi turistlərin gəlişinin məhdudlaşdırılması isə turizm şirkətlərinin və mehmanxanaların fəaliyyətini demək olar ki, dondurub. Karantin tədbirlərinin nə qədər davam edəcəyi, yolxucu xəstəliyin nə vaxt aradan qaldırılacağı məlum deyil, ancaq xidmət və ticarət sektorunun bu vəziyyəti çox davam edə bilməz.
Sevindirici haldır ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq, iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan hökuməti bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir. İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb.
Dövlət dəstəyinin göstərilməsi üçün hazırlanan 9 proqramı şərh edən beynəlxalq idarəetmə üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov “Sherg.az”a deyib ki, 2015-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Ümum Daxili Məhsul (ÜDM) hər digər ilə nisbətdə artan dinamika ilə irəliləyib,neftdən asılılıq kəskin azaldılıb. Ölkə iqtisadiyyatının bu tip fövqəladə hallara və kataklizmlərə hazırlıqlı olmadığını vurğulayan iqtisadçı pandemiyanın dünya iqtisadiyyatına təsirinin 4,7 faiz olduğunu deyib:
“Əczaçılıq,gigiyenik vasitələrin istehsalı, qida sahəsi və sosial media səhələri xaric bütün sahələr tənəzzül yaşayır. Düşünürəm hazırkı təhdid davam etdikcə, vəziyyət daha da pisləşəcək. Azərbaycan höküməti anti-böhran paketinin həcminə görə MDB ölkələrində birincidir. 2.5 milyard manat ÜDM-nin 3.1 faizini təşkil edir. Bu, Azərbaycan iqtisadiyyatının miqyasına görə kifayət qədər samballı rəqəmdir. Əlavə tədbirlər zərurəti, əlbəttə, olacaq. Qəbul edilmiş akt krizis proqramının icrasına başlanıldıqdan sonra əlavə tədbirlər zərurətinin olub -olmaması ilə bağlı fikir bildirəcəyəm. Müqayisə üçün qeyd edim ki, İtaliya böhrandan daha çox əziyyət çəkilən fəaliyyət sahələrinin vergi ödənişlərini ləğv edib. “Frilanser”lər və özünüməşğulluq ilə fəaliyyət göstərən fiziki şəxslərin ipoteka ödənişləri 18 aylıq dondurulub. Kiçik və orta biznesin sağ qalması üçün mərkəzi bank kredit zəmanəti verir. Mövsümi işlərlə məşğul olanlar, misal üçün turistik bələdçilər 600 avro məbləğində ianə əldə edəcəklər və s. Fransada 345 milyard avroluq anti-böhran planı təsdiqlənib. Kiçik və orta biznes üçün icarə haqqı və kommunal ödənişlər tamamilə ləğv edilib".
Mütəxəssis onu da əlavə edib ki, Almaniyada sahibkarlığa yardım məqsədilə 500 milyard avroluq yardım paketi hazırlanır. Hətta bankrotluq ehtimalı yüksək olan şirkətlərin də kredit alma imkanı təmin ediləcək:
Anti-böhran paketi 214 milyard avro olan İspaniyada öz gəlirlərini itirən şəxslər ipoteka ödənişlərindən azad edilir. Kiçik və orta biznes vergi ödənişlərini ertələyə bilər və buna görə heç bir cərimə tətbiq olunmayacaq. Özfəaliyyət ilə məşğul olanlar, “frilanser”lər əlavə ödənişlər əldə edəcək.
Birləşmiş Krallıqda da vergi ödəməkdə çətinlik çəkən sahibkarlar müraciət əsasında ödənişlərdən azad edilirlər. Şirkətlər iyun ayınadək Əlavə Dəyər Vergisi (ƏDV) ödənişlərindən tamamilə azad edilirlər, fiziki şəxslər isə 2021-ci ilin yanvarınadək bütün vergi ödənişlərindən. Bu mənada hesab edirəm ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün biznes kreditlərin ayrılması xüsusi önəm daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol