Azərbaycan ilə İran birgə logistika mərkəzi yaradacaqlar
13:33 07.06.2020
İqtisadiyyat
997
Azərbaycan Respublikası ilə İran Ərdəbil vilayətində müştərək sənaye şəhərciyi ilə yanaşı, logistika mərkəzi də yaradacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ərdəbil vilayətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Davud Şayeqan deyib. O bildirib ki, bununla yanaşı Ərdəbil-Parsabad dəmir yolu xəttinin çəkilişi də Azərbaycan tərəfi ilə müzakirə edilib.
Bu dəmir yolu xətti İranın Parsabad əyaləti ilə Ərdəbili birləşdirməklə yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yoluna birləşdiriləcək. Sənaye şəhərciyində istehsal olunan mallar də bu beynəlxalq dəmir yolu ilə Azərbaycan üzərindən xaricə ixrac ediləcək. Logistika mərkəzi isə İranın digər bölgələrindən və Azərbaycan Respublikasından ixrac olunan yüklərin təyinatı üzrə yönəldilməsinə imkan verəcək.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycanın Baş Nazirinin müavini, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfər etmişdi. Səfər çərçivəsində İranın İqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsənd ilə görüşdə birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi