Azərbaycan qızıl ehtiyatlarını artırmaq imkanı qazanacaq
07:30 01.12.2020
İqtisadiyyat
761
Bu, həm iqtisadi təhlükəsizlik baxımından çox vacibdir, həm də o ölkənin valyuta ehtiyatlarının artırılmasına birbaşa təsir göstərir
“AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verilib. “AzerGold” QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən “Çovdar” Filiz Emalı Sahəsinin bazasında “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb. Layihənin icrası ilə tanışlıq məqsədilə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf “Çovdar” Filiz Emalı Sahəsində olublar. Qeyd edilib ki, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə 7 km yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır. Ekspert vurğulayıb ki, 2017-ci ildən etibarən bu yataqda kəşfiyyat işləri aparılıb və artıq bu yataqda işlər birinci mərhələyə qədəm qoyub:
"Artıq yaxın zamanlarda həmin yataqdan hasilatın həyata keçirilməsi gözlənilir. Təbii ki, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur".
Ekspert vurğulayıb ki, Azərbaycan üçün yerli qızıl istehsalının artırılması prioritetdir:
"Son illər Azərbaycan qızıl ehtiyatlarını artırıb. Nəzərə alsaq ki, son bir ildə dünya bazarında qızılın qiymətində 30 faizə yaxın artım var. Təbii ki, bu, kifayət qədər ciddi bir artımdır. Ona görə də ehtiyatlarımızın artırılması həm iqtisadi təhlükəsizlik baxımından çox vacibdir, həm də o ölkənin valyuta ehtiyatlarının artırılmasına birbaşa təsir göstərir. İşğaldan azad olunmuş ərazilərimizdə yerləşən yataqların da həcmi nəzərə alınsa, o zaman növbəti mərhələdə Azərbaycan yerli istehsalı artırmaqla həm qızıl ehtiyatını artırmaq imkanı qazanacaq, həm də artıq əldə edilən həmin qızılların bir qisminin emal sənayesi üçün istifadəsi imkanı olacaq. Ümumilikdə, növbəti illərdə yerli qızıl istehsalının həcmində kəskin artımların olacağını proqnozlaşdırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət