Azərbaycan-Türkiyə enerji əməkdaşlığının növbəti mərhələsi: “Yeni qaz xətti..”
Fidan Həmişəyeva
11:06 16.12.2020
İqtisadiyyat
597
“Qardaş ölkənin bizdən aldığı mavi qazın həcmini yaxın illərdə 8 milyard kub metrə çatdıracaq”
“Bu da Türkiyənin mavi qaza olan tələbatının ödənilməsində xüsusi paya malik olacaq”
Azərbaycanla Türkiyə arasında yeni qaz xəttinin tikintisinə dair memorandum imzalanıb. Sənəd Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz tərəfindən təsdiqlənib. Hər iki nazir Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dinamikasından, həmçinin energetika sahəsində əməkdaşlığın böyük nəticələrindən, imzalanan sənədin tarixi əhəmiyyətindən danışıblar.
Təbii qazın Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına nəqli üçün yeni boru kəməri inşa ediləcək. Layihəni SOCAR və Türkiyənin “BOTAŞ” şirkəti həyata keçirəcək. Kəmərin uzunluğu 85 km, illik nəqletmə gücü isə 500 mln. kubmetr təşkil edəcək. Türkiyə-Naxçıvan kəmərinə qaz TANAP-dan ötürüləcək.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.
Qardaş ölkə ilə imzalanan yeni sənədi “Sherg.az”a şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu memorandum ilə Azərbaycan-Türkiyə arasındakı enerji əməkdaşlığı növbəti mərhələdə davam etdiriləcək. İqtisaçı söyləyib ki, Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri də Türkiyə mavi qazının nəql edilməsidir:
“Xüsusən TANAP vasitəsilə Türkiyəyə nəql ediləcək mavi qazın həcmində artımlar müşahidə olunur. Növbəti dövrlərdə də bu artımlar davam edəcək. Türkiyə üçün Naxçıvanın qaz təminatının gücləndirilməsinə dəstək bu gün Türkiyə-Azərbaycan əməkdaşlığında prioritet məsələlərdən biridir. Bu baxımdan artıq enerji sektorunda əməkdaşlığın daha da güclənməsini müşahidə edəcəyik”.
V.Bayramov qeyd edib ki, Türkiyə Azərbaycandan aldığı mavi qazın həcmini yaxın illərdə 8 milyard kub metrə çatdıracaq:
“Bu da Türkiyənin mavi qaza olan tələbatının ödənilməsində xüsusi paya malik olacaq. Türkiyə mavi qaza olan ehtiyacın ödənilməsində mənbələrin şaxələnməsinə mərhələli şəkildə nail olacaq. Bütün istiqamətlərdə olduğu kimi, növbəti illərdə, xüsusən 2021-ci ildə qardaş ölkə ilə enerji əməkdaşlığının daha da güclənməsini müşahidə edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət