Azərbaycan və Ermənistan hökumətləri arasında qarşılıqlı ticarət əlaqələrinin qurulması məqsədilə potensial məhsul qruplarının siyahısı mübadilə edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Tərəflər hansı malların alınıb-satıla biləcəyini müəyyənləşdirmək üçün ilkin siyahıları bir-birinə təqdim ediblər. Hazırda həmin sənədlər biznes nümayəndələri tərəfindən nəzərdən keçirilir",- o qeyd edib.