2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 209 min 102 ton üzüm yığılıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% və ya 7 min 60 ton artım deməkdir.
Ötən il ölkədə üzüm bağlarının ümumi sahəsi 14 min 865 hektar təşkil edib. Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında yığılan məhsul 202 min 43 ton olmuşdu.
Hesabatı Dövlət Statistika Komitəsi təqdim edib.