Azərbaycanda dollar ucuzlaşır?
Fidan Həmişəyeva
14:49 28.01.2021
İqtisadiyyat
974
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) Ağ Evdə yeni administrasiyanın işə başlamasından sonra ilk iclasını keçirib. FES uçot dərəcəsinin 0-0,25 faiz səviyyəsində sabit saxlanması barədə qərar qəbul edib. Okeanın o tayında siyasi gərginliyin səngiməsi, yeni administrasiyanın elan etdiyi iqtisadi təşəbbüslər və pandemiyanın lokallaşacağı ilə bağlı nikibinlik fonunda qlobal valyuta bazarında stabilləşmə müşahidə olunmağa başlayıb.
Son günlər ölkəmizdə də dolların ucuzlaşacağına dair bəzi iddialar var.
Mövcud durumu “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda dolların ucuzlaşması gözlənilmir:
“Dünya ölkələrinin və ABŞ-ın apardığı maliyyə siyasəti belədir: onlar valyutalarını ucuzlaşdırmaq istəyirlər. Əsas xətt ondan ibarətdir ki, indi valyuta nə qədər ucuz olacaqsa, həmin ölkələrin ixracat potensialı da artır. Ona görə də FES çoxlu sayda vəsaitlə dünyanı və Amerika iqtisadiyyatını təmin etməyə çalışır. Dünyada və Amerikada dollar bolluğu olacaq.
Avropa Mərkəzi Bankı istəmir ki, avro dollar qarşısında çox bahalaşsın. O zaman avrozona Amerikadan ixracatı artıracaq. Eyni addımları Çin də atır. Çin də öz yuanının möhkəmlənməsinə razı deyil və müxtəlif müdaxilələrlə yuanı ucuzlaşdırmağa çalışır. Bu durum dünyada valyuta və ticarətin bir tərkib hissəsidir”.
İqtisadçının sözlərinə görə, dollar indeksinin azalma ehtimalları var. Lakin bu durum Azərbaycana aid deyil:
“Ölkəmizdə dolların məzənnəsi inzibati qaydada tənzimlənir. Dünyada baş verən proseslər birbaşa Azərbaycana təsir göstərmir. Hazırda neft qiymətinin sabitlik dövrünü yaşayırıq. 55 dollar ölkəmiz üçün kifayət qədər komfortludur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat