"Azərbaycanda içməli su və suvarma suyu ilə bağlı təminat 100 faiz olmalıdır"
Şəymən Bayramova
06:53 26.07.2020
İqtisadiyyat
2067
Prezident İlham Əliyev növbəti videoformatlı müşavirə zamanı vətəndaşları uzun müddətdir narahat edən su qıtlığı, su təsərrüfatındakı problemlərə toxunub.
Sadə vətəndaşların su qıtlığı ilə üzləşməsinin yolverilməz olduğunu vurğulayan ölkə başçısı bunun dövlət maraqları, yürüdülən iqtisadi inkişaf xətti ilə ziddiyyət təşkil etdiyini bəyan edib.
Prezidentin sözlərinə görə, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələrinin vəziyyəti müsbət tərəfə dəyişməsinə rəğmən yenə də problemlər qalıb.
Millət vəkili Sədaqət Vəliyeva isə "Sherg.az"- a açıqlamasında bütün infrastruktur layihələrinin ardıcıl şəkildə icra edildiyini deyib. Onun sözlərinə görə, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib, eyni zamanda digər sahələrin də tərəqqisinə əlavə təkan verib.
Xanım deputat əlavə edib ki, bu gün ölkəmizin 30-dan çox elektrik stansiyası var və bunlar ölkənin enerji təhlükəsizliyini təmin edir:
"Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bu enerjini ixrac belə edir. Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Cənab Prezident İlham Əliyevin isə tapşırığı ondan ibarətdir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə bağlı təminat 100 faiz olmalıdır".
Su təhlükəsizliyimizin təmin edilməsinin Prezident İlham Əliyevin perspektiv prioritetləri sırasında olduğunu vurğulayan S. Vəliyeva deyib ki, məqsəd su itkilərinin qarşısını almaq və suyun mənbəyinin düzgün təhlil edilərək xərclərə nəzarətin gücləndirilməsindən ibarətdir: "Su çatışmazlığı insanların gündəlik yaşayışı təsir etdiyi kimi məhsuldarlığa da təsir edir. Bu səbəbdən də perspektiv layihələr çərçivəsində 22 kanal yenidən qurulacaq, bunun nəticəsində də təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya