Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etməyib-SƏBƏB?
16:49 05.11.2025
İqtisadiyyat
132
Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 21 milyard 836,902 milyon manat təşkil edib.
BFB xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,4 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 29,4 % artaraq 11 613 olub.
BFB-nin dövriyyəsinin 60 %-i və yaxud 13 milyard 098,741 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızlarının dəyəri 10,7 % artaraq 7 milyard 400,511 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 4,9 % artaraq 1 milyard 337,650 milyon manat olub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı yetəri qədər inkişaf etməyib. Səhmdar cəmiyyətlərin səhm bazarının özü yeni-yeni inkişaf mərhələsinə qədəm qoyur:
“Mərkəzi Bankın hazırkı rəhbərliyi işə başladıqları andan etibarən qiymətli kağızlar bazarının dirçəlməsi və inkişafı üçün müəyyən adımlar atır. Məsələn qiymətli kağızların dövriyyəsinin artması üçün Mərkəzi Bank qaydaları yumuşaldaraq şirkətlərə dəstək göstərir. Son zamanlar bir çox şirkətlər öz səhmlərini, istiqrazlarını sözügedən bazara yatırmağa başlayıblar. Bakı Fond Birjasında həcmlərin artmasının əsas səbəbi qiymətli kağızlar buraxan şirkətlərin sayının artmasıdır. Bunu vizual olaraq da görmək mümkündür. Belə ki, reklam çarxları yayılır. Müxtəlif şirkətlər öz qiymətli kağızlarını bazara çıxarmağa başlayıblar. İstənilən halda bazarda olan irəliləyişlər müsbət haldır. Azərbaycanda bazar iqtisadiyyatı insitutlarının möhkəmlənməsi üçün səhm bazarının da aktiv hala gəlməsinə ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi