Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
06:19 29.04.2020
İqtisadiyyat
759
Azərbaycanda turistlərə elektron vizaların verilməsi qaydası dəyişdirilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Turizm haqqında” qanunun 7.1.6-cı maddəsinə dəyişiklik təklif edilir.
Mövcud varianta görə, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci üç iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci üç saat müddətində baxılır.
İmtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək, müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Qanun layihəsində isə həmin maddə tamamilə yeni redaksiyada verilir.
Layihədə bildirilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci üç iş günü müddətində baxılır. Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə, ən geci üç saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə, real vaxt rejimində baxılır.
İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.
Qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm