
Azərbaycanın iqtisadi potensialı dirçəlir -AÇIQLAMA
Yusif Nəzərli
06:00 15.01.2025
İqtisadiyyat
658
İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası artıq nəticə verir
Bu ilin dövlət büdcəsində Bakı şəhəri üzrə gəlirlər 14 mlrd. 103 mln. manat nəzərdə tutulub.
Ölkənin ikinci böyük şəhəri olan Gəncə üzrə bu rəqəm 108 milyon 103 min manatdır.
Azərbaycanın işğaldan azad edilən əraziləri də bu ilin dövlət büdcəsinin gəlirlərində rol oynayacaq. Xankəndi üzrə 500 000, Ağdərə üzrə 300 000, Cəbrayıl üzrə 2 881 000, Füzuli üzrə 15 246 000, Xocavənd üzrə 1 285 000, Kəlbəcər üzrə 3 766 000, Qubadlı üzrə 7 105 000, Laçın üzrə 6 700 000 manat nəzərdə tutulub.
Şuşadan büdcəyə gözlənilən gəliri 4 121 000, Zəngilandan isə 3 056 000 manatdır.
Qeyd edək ki, respublikanın şəhər və rayonlar üzrə gəlirləri 15 500 000 000,0 manat proqnozlaşdırılıb.
Sözügedən proqnozları şərh edən millət vəkili Azər Badamov “Sherg.az"a açıqlamasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ölkə iqtisadiyyatına reinteqrasiyasının artıq nəticə verdiyini vurğulayıb. Onun sözlərinə görə, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaqla yanaşı, həmin ərazilərin iqtisadi potensialı da dirçəlir və ölkə iqtisadiyyatına reinteqrasiyaa olunur:

“Bu baxımdan 2025-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilər üzrə proqnozlaşdırılan gəlirlər də mövcud potensial nəzərə alınaraq hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə yeni müəssisələr fəaliyyətə başlayır. Həmin müəssisələrin vergi sisteminə cəlb olunması büdcə gəlirlərində iştirak imkanları yaradır. Belə ki, zaman keçdikcə yeni müəssisələr, iş yerləri formalaşacaq və həmin ərazilərdə əldə olunan gəlirlər də ölkənin büdcəsində daha böyük rəqəmlərlə əks olunacaqdır. Əslində, işğaldan azad olunmuş ərazilər yeraltı və yerüstü iqtisadi potensialla zəngindir. Həmin potensial ölkənin ümumi iqtisadiyyata reinteqrasiya olunması iqtisadiyyatın sabitliyini möhkəmləndirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
21:34 25.07.2026
İdman
Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib
20:58 25.07.2026
Dünya
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya