Azərbaycanlı turistlər ən çox bu ölkələrə gedirlər -Ekspertdən AÇIQLAMA
12:15 19.05.2025
İqtisadiyyat
669
Bu ilin yanvar-aprel ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % artaraq 632,7 min nəfər olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 %, Gürcüstana gedənlərin sayı 20,4 % artıb, Türkiyəyə gedənlərin sayı 6,3 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 % azalıb.
Hesabat dövründə Azərbaycan vətəndaşlarının 36,1 %-i Türkiyəyə, 16,1 %-i Rusiyaya, 11,1 %-i Gürcüstana, 11 %-i İrana, 25,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,9 %-ni kişilər, 33,1 %-ni qadınlar təşkil edib.
Mövzu ilə fikirlərini bölüşən turizm eksperti Cabir Dövlətzadə Sherg.az-a bildirib ki, statistika bir faizə yaxın bir artım göstərir:
“Ümumi stabil olan ölkələrə səyahət edən şəxslər xarici yerləri kəşf etməyə gedirlər. Bu da Azərbaycan vətəndaşları üçün müsbət bir haldır. Ən çox tərcih edilən ölkələrin başında isə Türkiyə gəlir. Çünki qardaş ölkədə həm mehmanxanalarda qala bilirlər, həm də öz evlərinə gedib qonaqlaya bilirlər. Bu da qardaş Türkiyə ilə bizim münasibətlərimizin ən üst səviyyədə olduğunu göstərir. Səfər edilən Avropa ölkələrində isə xüsusən Almaniya və İtaliya ön plana çıxır. Bu ölkələrə də Azərbaycan turistlərinin marağı yüksəkdir. Sözügedən ölkələr həm təhsil, həm biznes, həm də turistik yönlü səfərlər mövcuddur. Həmçinin iki ölkə ilə Azərbaycanın münasibətləri üst səviyyədədir. Buna görə də axın durmadan artır. Ümumiyyətlə Azərbaycan turistləri tarixi sevdikləri üçün onlar həm İtaliyada, həm də Almaniyada müəyyən tarixi yerlərə səfər edirlər. Bu da Azərbaycan turistlərinin yeni bir tendensiyasıdır".
Ekspert qeyd edib ki, ölkəyə gələn turistlərdə də müəyyən qədər artım görünür:
"Lakin qonşu Gürcüstanla müqayisədə bizə gələn turist sayında ciddi bir artım yoxdur. Hətta aprel ayında azalma görüldü. Səbəb isə Azərbaycanın turizm məhsulları Gürcüstan qədər geniş olmaması və ya əlimizdə olan turizm məhsullarını reklam edə bilməməyimizdir. Bu bizim üçün çətinlik yaradır. Digər tərəfdən muzeylərdə qiymətlərin həm yerli, həm də xarici müştərilərə qarşı artması onların qarşısında sədd çəkəcək. Turistlər əsasən qabaqcadan büdcəni və nə qədər pul xərclənəcəyini müəyyən edirlər. Qiymətlərin artması fonunda xüsusən ailəvi turistlərin belə məkanlara getməsində çətinlik yaranır. Mənim fikrimcə irəlidəki vaxtlarda türkdilli ölkələrdən gələn turistlərlə yerli turistlərin muzeylərdə eyni standarta salınması lazımdır. Bu da həm Türk Dövlətləri Təşkilatının bir mədəniyyət politikası olar, həm də türk əsilli vətəndaşların Azərbaycanın mədəniyyət yerlərini kəşf etməsinə yardım edər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm