Bağçalarda təmir işləri üçün 19,4 milyon manat vəsait ayrıldı

"Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi" Azərbaycanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, abadlıq və kommunal-kommunikasiya işlərinin görülməsi üçün "Fərid" Firması ilə 2 müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, hər biri ayrı ayrılıqda 9 milyon 807 min 238 manat və 9 milyon 667 min 88 manat olan müqavilələrin toplam dəyəri 19 milyon 474 min 326 AZN təşkil edir.

Müvafiq işlərin görülməsinə iyulun 15-i və 16-dan başlanılıb. İki razılaşma üzrə işlərin bitmə tarixi isə dekabrın 30-dur.

Qeyd edək ki, qalib şirkət olan "Fərid" Firmasının nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi isə İbrahimov Qubad Kərəm oğludur.