Bakının bəzi rayonlarında pensiyaların verilməsində DƏYİŞİKLİK
07:14 08.06.2020
İqtisadiyyat
914
Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.
Nazirlikdən verilən məlumata görə, dəyişikliyə əsasən, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla təqaüd təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.
Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da 2020-ci ilin iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.
Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə təqaüd təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya