Baş katib: TDT beynəlxalq tərəfdaşlığı gücləndirməkdə qərarlılıdır
Yusif Nəzərli
18:25 11.02.2025
İqtisadiyyat
473
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Daxili Nəqliyyat Komitəsinin 87-ci sessiyasında iştirak edir.
Bu barədə AZƏRTAC-a TDT-dən bildirilib.
Məlumatda qeyd edilib ki, Türkiyə və Niderlandın birgə ev sahibliyi etdiyi “Dayanıqlı nəqliyyat əlaqələrinin təşviqi” mövzusunda keçirilən nazirlərin dəyirmi masa görüşündə çıxış edən Baş katib Türk regionunda ticarətin asanlaşdırılması və dayanıqlı inkişafın təmin olunmasında nəqliyyatın strateji əhəmiyyətini vurğulayıb. O, TDT çərçivəsində Orta Dəhlizin səmərəliliyini və dayanıqlılığını artıraraq buranın Asiya ilə Avropa arasında əsas ticarət yolu kimi möhkəmləndirilməsi istiqamətində təşəbbüslərə diqqət yönəldib.
Ömüraliyev eyni zamanda rəhbərlik etdiyi təşkilatın rəqəmsallaşma, xüsusilə də eTIR sisteminin tətbiqi ilə bağlı qətiyyətini ifadə edərək, yaxın keçmişdə TDT regionunda eTIR-in tətbiqinə dair Yol Xəritəsinin imzalandığını qeyd edib. O, təşkilatın regional nəqliyyat şəbəkələrinin rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə UNECE də daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlığını gücləndirməklə bağlı qərarlılığını bir daha vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya