"Ötən il Çinlə İrandan 2 milyard dollarlıq məhsul idxal olunub. İranla sərhəd rayonlarının gündəlik etdikləri alış- veriş bu statistikaya aid deyil.Çin və İranla ticarət əlaqəsinin kəsilməsi ölkəmizə daha ucuz gətirilən bir çox məhsulların müvəqqəti olaraq bazardan uzaqlaşması deməkdir ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olacaq".
"Bayramqabağı qiymətlər bahalaşa bilər"
- AÇIQLAMA
Şəymən Bayramova
12:08 04.03.2020
İqtisadiyyat
870
Natiq Cəfərli:“Çünki Novruz süfrəsində istifadə olunan məhsulların əksəriyyəti İrandan gəlir”
“İran və Çin məhsullarını ən yaxşı halda Türkiyə bazarı əvəzləyə biləcək. Lakin bu məhsulların maya dəyəri və qiyməti Türkiyədə daha yüksəkdir”
Çindən və İrandan Azərbaycana çoxlu sayda mal və ərzaq məhsulları gəlir. Demək olar ki, satışda olan malların böyük əksəriyyəti, xüsusilə qeyri-ərzaq mallarının çoxu Çin istehsalıdır. Qida bazarında isə İran məhsullarının sayı çoxluq təşkil edir. İranda və Çində sürətlə yayılan koronavirusun infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə sözügedən ölkələrdən idxal olunan mallara tələbat azalıb. Həmçinin koronavirusla bağlı hər iki ölkədən gətirilən məhsullara məhdudiyyət tətbiq edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının fikrincə bütün bunlara rəğmən Çin və İranda koronavirusun yayılması Azərbaycanın ticarət dövriyyəsinə güclü təsir göstərməyəcək.
Yanvar ayında ümumi ixracın ilk onluğunda nə Çin, nə də İranın adı var deyən ekspert bu dövlətlərin əsasən idxalda önə çıxdıqlarını deyib və əlavə edib ki, zərurət yarandığı təqdirdə Azərbaycan idxalı başqa ölkələrlə əvəz edə bilər: Əslində bununla bağlı alternativlər də mövcuddur. Məsələn, ötən il Türkiyə ilə ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırılması hədəflənir”, - Qasımlı qeyd edib. Onun sözlərinə görə, koronavirus təhlükəsi Azərbaycanın qeyri-neft ixracına da güclü təsir göstərməyəcək. Hətta müsbət təsir belə göstərə bilər: “Çindən və İrandan koronovirusa görə dünya bazarlarına xüsusən də meyvə-tərəvəz və içkilərin ixracı azalır. Bu isə Azərbaycana imkan verir ki, daha yüksək qiymətə və daha çox həcmdə qeyd edilən məhsullarının ixracını genişləndirsin, xarici bazarlarda yeni mövqelər tutsun. Artıq Azexport.az portalına meyvə-tərəvəz və kartof üçün daha çox ixrac sifarişləri gəlməyə başlayıb”.
İqtisadçı Natiq Cəfərli isə əksini düşünür. O "Sherg.az"a açıqlamasında qeyd edib ki, koronavirusun bazara psixoloji təsiri artıq özünü büruzə verməyə başlayıb. Qiymətlərdə bahalaşma müşahidə olunmağa başlayıb. Novruz bayramı ərəfəsində qiymət artımı daha yüksələcək. Novruz süfrəsində istifadə olunan məhsulların əksəriyyəti İrandan gəlir:
"Ötən il Çinlə İrandan 2 milyard dollarlıq məhsul idxal olunub. İranla sərhəd rayonlarının gündəlik etdikləri alış- veriş bu statistikaya aid deyil.Çin və İranla ticarət əlaqəsinin kəsilməsi ölkəmizə daha ucuz gətirilən bir çox məhsulların müvəqqəti olaraq bazardan uzaqlaşması deməkdir ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olacaq".
İdxaldan kəskin asılı olduğumuzu vurğulayan ekspertin qənaətinəə görə, İran və Çin məhsullarını ən yaxşı halda Türkiyə bazarı əvəzləyə biləcək:
"Lakin bu məhsulların maya dəyəri və qiyməti Çinlə müqayisədə daha yüksəkdir. Çin məhsulları o qədər keyfiyyətli olmasa da, qiymət baxımından çox sərfəlidir. O cümlədən də İran məhsullarına olan tələbatın əsas üstünlüyü qiymətlərinin ucuz olmasında idi . Türkiyə malları isə bahadır. Üstəlik də Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti çox aşağıdır. Son illər Türkiyədən gətirilən məhsulların baha olması azərbaycanlıları Çin məhusllarına yönəldib. Ona görə də əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə alsaq, bizim üçün çətin olacaq. Çünki əhali nisbətən daha ucuz mallara yönlənməyə çalışır. Çin malları bazardan çəkilsə, əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq, türk mallarının satışının o qədər də kəskin artacağını söyləmək mümkün deyil. Virus ajiotajı bir neçə ay davam etsə, bazarlarda qiymətlərin bahalaşması daha da sürətlənəcək və inflyasiyanın dəyəri hökumətin hədəfindən daha çox olacaq. Bu il üçün inflyasiya hədəfi 4 faizdir. Amma gedişat göstərir ki, inflyasiyanın faizində iki dəfədən çox artım müşahidə oluna bilər. Hətta 10 faizə qədər artması istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm