Bədbin proqnoz: “Yeni bahalaşma dalğası gəlir”
Fidan Həmişəyeva
10:36 21.01.2021
İqtisadiyyat
1255
“Yeni mövsüm başalayanda kənd təsərrüfatı məhsullarında da bahalaşmanın növbəti dalğasını görəcəyik”
“Çünki kənd təsərrüfatı məhsullarının istehsalında maya dəyərinin 30 faizdən çoxunu dizel yanacağı təşkil edir”
“Maya dəyəri artıqca təbii ki, bahalaşmanı da müşahidə edəcəyik”
Son günlər bazar və marketlərdə qiymət artımı müşahidə olunur. Bahalaşma özünü əsasən ərzaq və kənd təsərrüfatı məhsullarında göstərir. Əvvəllər 65-70 qəpiyə satılan yerli kartof 80 qəpiyə, soğan isə 85-90 qəpiyə qədər artıb. Bəzi yerlərdə soğanın qiyməti 1 manata qədər yüksəlib. Unun da qiyməti artıb. Əvvəllər 50 kq-lıq un kisəsi 27 manata satılırdısa, indi qiymət 32-33 manat olub. Bu səbəbdən bəzi marketlərdə çörəyin də qiyməti bahalaşıb.
Əvvəllər 50 qəpiyə satılan çörək indi 53-55 qəpiyə satılır. Supermatketlərdə şəhər yumurtası 18, kənd yumurtası isə 30-35 qəpiyə bazarlanır.
Digər gündəlik tələbat məhsullarında, o cümlədən şəkərin və qəndin qiymətində də artım var. 90 qəpiyə satılan şəkər tozunun 1 kiloqramı indi 1 manatdır.
Məlumdur ki, yanvarın 5-dən Aİ-92 markalı benzininin və dizelin qiymətləri ilə bağlı yeni tariflər tətbiq edildi. Benzin 90 qəpikdən 1manata, dizel isə 60 qəpikdən 80 qəpiyə qalxdı.
Bu dəyişiklikdən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xəbərdarlıq edildi.
Rəsmi qurum bəyan etdi ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Görünən odur ki, edilən xəbərdarlıqların hər hansı bir təsiri yoxdur.
Mövcud durumu “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ərzaq məhsullarındakı kəskin qiymət artımı son zamanlar qəbul edilən qərarlarla bağlıdır:
“Dizel yanacağının bahalaşması logistikanı, yəni daşınma xərclərini artırıb. Ona görə də qiymət artımını müşahidə edirik. Təəssüf ki, yeni mövsüm başalayanda kənd təsərrüfatı məhsullarında da bahalaşmanın növbəti dalğasını görəcəyik. Çünki kənd təsərrüfatı məhsullarının istehsalında maya dəyərinin 30 faizdən çoxunu dizel yanacağı təşkil edir. Maya dəyəri artıqca təbii ki, bahalaşmanı da müşahidə edəcəyik”.
İqtisadçının sözlərinə görə, Novruz bayramına qədər qiymətlərin sabitləşməsini gözləmək bir az çətindir:
“Bayrama qədər məhsulların bahalaşmasını görəcəyik. Təəssüf ki, yeni dizel qiymətləri və daşınma xərcləri qiymətlərdə öz əksini tam tapana qədər ərzaq məhsullarında artım olacaq. Novruz bayramından sonra da yerli kənd təsərrüfatı məhsullarında bahalaşmanın şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat