"Biznesə dəstək mexanizmlərinin işlənilməsi müsbət nəticələrə səbəb oldu" - İqtisadçı-ekspert
Şəymən Bayramova
15:12 09.08.2020
İqtisadiyyat
990
Pandemiya dövrünü əhatə edən son altı ay ərzində Prezident İlham Əliyevin tapşırığı və sərəncamları ilə əhalinin sosial rifah halının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib.
Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlərdə xüsusilə əhalinin həssas qruplarının, aztəminatlı təbəqəsinin sosial rifah halının yüksəldilməsinin nəzərə alınması bu gün öz müsbət bəhrəsini verir.
Əhalimizin bu dövrdən ən az itkilərlə çıxması üçün Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı tədbirlər görüldüyünü vurğulayan
iqtisadçı-ekspert Elşad Məmmədov Sherg.az-a açıqlamasında pandemiya ilə əlaqədar həyata keçirilən sosial dəstək tədbirlərinin təxminən 5 milyona yaxın vətəndaşı əhatə etdiyini xatırladıb:
"Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb.
Əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Birdəfəlik ödəmə proqramı çərçivəsində işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub və bu proqramın əhatə dairəsi 600 min şəxsi əhatə edib".
İqtisadçının sözlərinə görə, bu mərhələdə biznesə dəstək mexanizmlərinin işlənilməsi də müsbət nəticələrin əldə edilməsinə səbəb oldu:
"Prezident İlham Əliyev nazirliklərin görməli olduğu işləri öz üzərinə götürərək bu işdə təşəbbüs göstərdi və həm əhalinin, həm də biznesin sosial maraqlarının müdafiəçisi kimi çıxış etdi. Bilirik ki, dörd istiqamət üzrə tədbirlər reallaşdırıldı. Bura həm sosial siyasət, həm verginin stimullaşdırılması, həm bank-kredit sisteminə dəstək, həm işgüzar fəallığın qorunması kimi tədbirlərin gerçəkləşdirilməsi daxildir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi