BP Azərbaycanda yeni rəqəmsal platforma istifadəyə verdi
Yusif Nəzərli
15:12 10.06.2025
İqtisadiyyat
355
BP şirkəti Azərbaycanda qabaqcıl rəqəmsal transformasiya səylərini dəstəkləyən bir sosial investisiya layihəsinin uğurla tamamlandığını elan edib.
Sherg.az xəbər verir ki, layihədə məqsəd Azərbaycan Mediasiya Şurasının xidmətlərini təkmilləşdirlmək üçün yeni rəqəmsal platformanın yaradılması olub. Bu təşəbbüs ölkə üzrə mediasiya xidmətlərindən istifadə imkanlarının və bu xidmətlərin səmərəliliyinin artırılması səylərinə əhəmiyyətli töhfədir.
“Azərbaycan üçün nisbətən yeni olan bu sahənin inkişafına töhfə verən bu layihəni dəstəkləməkdən məmnunuq. Mediasiya Şurasının müraciətləri indiyədək əl ilə idarə etməsi tez-tez gecikmələrə və istifadəçilər arasında narazılığa səbəb olurdu. Artan tələbatı və müasirləşmə ehtiyacını nəzərə alaraq, tərəfdaşlarımızla birlikdə, biz mediasiya prosesinin bütün mərhələlərini sadələşdirən və rəqəmsallaşdıran əhatəli onlayn platformanın yaradılmasına dəstək verdik. İnanırıq ki, ictimai xidmətlərə əsl səmərəlilik və innovasiya gətirən bu layihə Azərbaycanın ədliyyə sisteminin rəqəmsal transformasiyasına mühüm töhfədir," - deyə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti, Bəxtiyar Aslanbəyli deyib.
Yeni istifadəyə verilmiş platformada mediasiya xidmətlərinin ümumi idarəçiliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran geniş çeşidli rəqəmsal funksiyalar təqdim edilib. Yeni platformanın əsas üstünlüklərinə daxildir:
İctimai istifadə imkanlarının təkmilləşdirilməsi: vətəndaşlar və hüquqi şəxslər artıq mediasiya xidmətlərindən daha sürətli və rahat istifadə edə bilərlər.
İş səmərəliliyinin artırılması: Mediasiya Şurası indi daha çox müraciətə baxa və dövlət müəssisələrindən tələb olunan sənədləri real vaxt rejimində əldə edə bilər.
Səkkiz ay davam etmiş bu layihənin ümumi dəyəri 126880 AZN-dir (74635 ABŞ dolları). Bu məbləğə avadanlıqların alınması və quraşdırılması, İT infrastrukturunun, proqram təminatının hazırlanması, portalın yaradılması və yeni platformanın səmərəli istifadəsinin təmin olunması üçün işçi heyətinə təlim keçilməsi daxildir.
Layihə Azərbaycan Mediasiya Şurası tərəfindən həyata keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi