"Bu xəmir hələ çox su aparacaq"
00:52 04.02.2021
İqtisadiyyat
734
"Pomidor və alma biznesi ilə məşğul olan şəxslər xüsusilə öz təsərrüfatlarına diqqət etməlidir"
Yanvar ayı ərzində Azərbaycandan Rusiyaya göndərilən ümumilikdə 120 ton pomidor geri qaytarılıb. Buna səbəb isə həmin məhsullarda Cənubi Amerika günəşinin aşkarlanması olub. Mövzu ilə bağlı "Şərq"ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd edib ki, Rusiyanın özündə bu problem var: "Azad İstehlakçılar Birliyinin 123 ölkədə bu tip təşkilatları var ki, bizim onlarla xüsusi əlaqələrimiz var. Həmin məsələ ilə bağlı biz digər ölkələrdə olan həmkarlarımızla əlaqə saxladıq.
Danışıqlar zamanı məlum oldu ki, əslində Rusiyanın özündə Cənubi Amerika güvəsi adlı xəstəlik var. Buna görə də onların iddiaları çox absurddur. Rusiya və Qazaxıstanla sözügedən məsələ haqqında danışıqlar aparılır. Artıq 39-a qədər pomidor istehsalçısına xarici bazara çıxmaq üçün icazə verilib".
Eyyub Hüseynov deyir ki, məhsullarda hər hansı ziyanverici maddə aşkarlanarsa fermer özü AQTA-ya müraciət etməlidir ki, problem aradan qaldırılsın:
"Ölkəmizdə bu işlə məşğul olan fermerlər ciddi məsuliyyət daşıyır. Dövlət həmin şəxslər üçün müstəqil şərait yaradıb. Onlara heç kim toxunmur. Başqa ölkələrdən fərqli olaraq biz biznesin inkişafı üçün əlimizdən gələni edirik. AQTA məhsulları bir-bir araşdırmalı deyil. Gərəkdir ki, fermerlər də öz təsərrüfatlarını qorusunlar. Əgər mənfi hal müşahidə olunarsa, istehsalçı quruma müraciət etməlidir. Fermerlər bu haqda məlumat verdikdən sonra AQTA-nın əməkdaşları məhsullara baxış keçirərək ziyanvericilər haqqında onlara məsləhət verməklə problem aradan qaldırıla bilər. Pomidor və alma biznesi ilə məşğul olan şəxslər xüsusilə öz təsərrüfatlarına diqqət etməlidir".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə