Büdcədə müdafiə və təhlükəsizlik xərclərinin artırılmasının məqsədi açıqlanıb
12:33 07.11.2025
İqtisadiyyat
337
"2026-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üzrə 8 milyard manatdan çox vəsait nəzərdə tutulub".
APA xəbər verir ki, bunu Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O bildirib ki, bu xərclər büdcənin 21%-ni təşkil edir. Eyni zamanda, bu xərclər cari illə müayisədə 318 milyon manatdan çoxdur: "Büdcədən bu istiqamətdə ayrılan xərclər Azərbaycanın daxili sabitliyini, müdafiə qabilləyitini və regional təhlükəsizlik siyasətini gücləndirəcək. Bu gün regionda və dünyada müşahidə etdiyimiz proseslər göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır. O, həm də informasiya müharibələrinə, kibertəhlükələrə, sərhəd mühafizəsinə, ictimai sabitliyin qorunmasına və fövqəladə hallara operativ reaksiya vermək bacarığına əsaslanır.
İşğaldan azad olunmuş ərazilərdə bərpa və köç prosesi geniş vüsət alıb. Həmin ərazilərdə minalardan təmizləmə, hüquq-mühafizə infrastrukturunun yaradılması, insanların təhlükəsiz şəkildə geri qayıdışı üçün əlavə resurslara ehtiyac var. Bu, təkcə təhlükəsizlik deyil, həm də dövlətin sosial məsuliyyəti məsələsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
13:37 09.12.2025
Rəsmi
Böyük Britaniyanın ticarət elçisi Azərbaycana səfər edəcək
13:30 09.12.2025
Siyasət
Salah: Sanki klub məni avtobusun altına atıb
13:26 09.12.2025
Futbol
Nikol Paşinyan Almaniyada səfərdədir
13:23 09.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:10 09.12.2025
Ekologiya
KTMT-dən MDB ilə bağlı qərar
12:57 09.12.2025
Dünya
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
12:50 09.12.2025
Ekologiya
Suriyada hərbi fəallıq: Türk ordusu hərəkətə keçdi
12:43 09.12.2025
Dünya
Televiziya rəhbərlərinə seminarlar keçirilməlidir -TƏKLİF
12:30 09.12.2025
Media
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
12:18 09.12.2025
Cəmiyyət