Cənub Qaz Dəhlizi iqtisadi, siyasi və geostrateji əməkdaşlığı gücləndirəcəkdir - Türkiyəli ekspert
13:29 03.01.2021
İqtisadiyyat
534
Xəzər qazının Türkiyədən keçirərək Avropaya tədarük ediləcək Cənub Qaz Dəhlizi Azərbaycan və Türkiyəni strateji enerji dəhlizinə çevirəcək.
Bu barədə Trend-ə Türkiyə beynəlxalq ticarət əməliyyatları üzrə ekspert Murat Akan bildirib.
"Təbii qaz geopolitik əhəmiyyət daşıdığı və beynəlxalq siyasətin daimi bir elementinə çevrildiyi üçün "qızıl əsrini" yaşayır. Enerji ehtiyatları və dəhlizləri olan dövlətlər 21-ci əsrin qlobal siyasətində ən böyük təsirə sahibdirlər. Təbii qaza olan tələb, xüsusilə Avropada gündən-günə artır", - ekspert deyib.
Akanın sözlərinə görə, Cənub Qaz Dəhlizi regional sabitliyi gücləndirəcək: "Azərbaycan, Türkiyə, Yunanıstan ərazisindən keçən dəhliz iqtisadi, siyasi və geostrateji əməkdaşlığı möhkəmləndirəcək".
"Bu, Xəzər dənizindən Avropaya qaz nəqli üçün ilk və Avropada enerji şaxələndirilməsini təmin edən yeganə layihədir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edəcək və Azərbaycan qazına olan tələbata qarant olacaq. Bu tarixi layihə Azərbaycan və Türkiyənin Avropadakı strateji mövqelərini daha da gücləndirəcəkdir. Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya ticari qaz tədarükünün başlaması Azərbaycan və Türkiyənin ən böyük uğurudur. Bu layihə iki ölkə arasında ticarət və mədəni əməkdaşlığın daha da inkişafına səbəb olacaq", - mütəxəssis deyib.
Xatırladaq ki, 31 dekabr 2020-ci ildə Azərbaycan qazının Transadrtatik qaz kəməri ilə Avropaya tədarükü başlayıb.
Tarixdə ilk dəfə olaraq Azərbaycan təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağı bacardı. 15 Noyabr tarixində TAP-ın italyan qaz paylama şəbəkəsinə uğurla qoşulmasının ardından əmtəə təbii qaz bu gün SNAM Rete Gas (SRG) vasitəsi ilə Melendunyodan İtaliyaya və DESFA vasitəsi ilə Nea Mesimvriadan Yunanıstan və Bolqarıstana nəql edildi.
Bununla dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa qaz bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə