Cənub Qaz Dəhlizi layihəsi tarixi hadisədir
Turan
11:58 14.02.2021
İqtisadiyyat
635
"Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb".
Bu barədə "Sherg.az"a millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, 2014-cü ildən inşa edilməyə başlayan və cəmisi altı ildə tikintisi başa çatdırılan 3500 km.lik bir kəmərin belə qısa müddətdə istismara verilməsi mühüm hadisədir:
"Söhbət heç də sadəcə adi bir enerji layihəsindən getmir. Xəzər, Qara Dəniz, Aralıq Dənizi və Adriatik dənizləri kimi çox geniş və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə yeni formatda bir əməkdaşlıq platformasından gedir. Hazırda şahidi olduğumuz geostrateji reallıqlar ondan ibarətdir ki, heç də bütün dövlətlər öz milli resurslarını milli məqsədləri həyata keçirmək üçün realizə edə bilmir. Bəzi dövlətlərdə sabitlik və əməkdaşlıq faktoruna çevirilən karbohidrogen ehtiyatları belə ehtiyatalara sahib olan digər çoxsaylı ölkələrdə dağıdıçı faktora çevirilir. Məsələn Şimali Afrika və Yaxın Şərqin, eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevirilib. Azərbaycan isə öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarıb. Dolayısıyla regional və qlobal müstəvidə bir çoxlarının edə bilmədikləri uğurları əldə edib. Məsələn, Cənub Qaz Dəhlizi layihəsinə qədər "Nabucco" və s. digər adlarda bir çox bənzər layihələrin həyata keçirilməsi ideyaları olsa da bunların heç biri baş tutmadı. Sadəcə Azərbaycan öz tərəfdaşları ilə 21-ci əsrin layihəsi hesab edilən belə bir layihəni həyata keçirməyə müvəffəq oldu".
H.Babaoğlu xatırladıb ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında layihənin gələcək perespektivləri ilə bağlı mühüm istiqamətlərə toxunuldu:
"Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin perespektivi haqqında danışarkən bildirdi ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi hadisədir. Yeni planlar layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşurutların şaxələndirilməsi və beləliklə tərəfdaş ölkələrin sayının daha da çoxalacağı haqqında idi. Bu istiqamətdə isə İonik-Adriatik yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar idi. Nəzərə alsaq ki, Qərbi Balkanlar artıq Mərkəzi Avropa iiə kəsişir, o zaman layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətini də ifadə edə bilərik. Bütün bunlar isə layihənin əhəmiyyətininin və tərəfdaş ölkələrin sayının gələcək də daha da artması deməkdir. Ayrıca bir məsələ bu tərəfdaşlıq prosesində Azərbaycanın özünün istehsalçı ölkədən həm də tranzit ölkəyə çevirilməsi hadisəsidir. Prezident İlham Əliyev qeyd etdi ki , qardaş Türkmənistanla birlikdə istismar ediləcək "Dostluq" yatağından əldə ediləcək resuslar artıq Azərbaycana həm də tarnzit ölkə statusu qazandırmış olacaq. Ancaq bu istiqamətdə şübhəsiz ki, daha yeni və fərqli perespektivlər də var. Bütün bunlar isə uzunmüddətli perespektivdə layihəni mənbə ölkə və tərəfdaş ölkələr üçün daha da cazibədar edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz qoxusunu gül qoxusuna çevirən dərman yaradıldı
02:58 22.06.2026
Maraqlı
Əl sıxmadan danışıqlar: ABŞ–İran dialoqunda soyuq atmosfer
02:34 22.06.2026
Gündəm
Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib
02:22 22.06.2026
Dünya
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya