Çin kriptovalyuta bazarının tənzimlənməsini sərtləşdirdi

Çin hakimiyyəti kriptovalyuta və tokenləşdirilmiş aktivlər bazarının tənzimlənməsini sərtləşdirib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Çin Xalq Bankının bəyanatında yer alıb.

Bildirilir ki, Çində qeydiyyatdan keçmiş şirkətlərə, eləcə də onların nəzarət etdiyi xarici strukturlara müvafiq dövlət qurumlarının icazəsi olmadan ölkə hüdudlarından kənarda rəqəmsal tokenlər buraxmaq qadağan edilib.

Tənzimləyicilər həmçinin təşkilat və fiziki şəxslərin hakimiyyət orqanlarının razılığı olmadan xaricdə yuanla əlaqələndirilmiş steyblkoinlər buraxmasını da qadağan ediblər.