Çin noyabr ayında Rusiyadan 961 milyon dollar dəyərində qızıl alıb ki, bu da ikitərəfli ticarətdə indiyə qədər ən yüksək göstəricidir.
Teleqraf xəbər verir ki, bu barədə Çinin gömrük məlumatlarında qeyd olunub.
Təhlillər göstərir ki, bu tendensiya ardıcıl iki aydır ki, davam edir. Oktyabr ayında Rusiyadan qızıl alışı 930 milyon dollar civarında olub.
Ötən ilin eyni dövründə isə Çinə cəmi 223 milyon dollar dəyərində qızıl ixrac edilib.
Son 11 ayda Çinin Rusiyadan qızıl idxalı rekord həddə - 1,9 milyard dollara çatıb ki, bu da bir il əvvəlki səviyyədən təxminən doqquz dəfə çoxdur.