Çin və ABŞ arasında ticarət dövriyyəsi 9,1% azaldı
Yusif Nəzərli
07:13 09.06.2025
İqtisadiyyat
387
Çin və ABŞ arasında ticarət dövriyyəsi yanvar-may aylarında 9,1% azalaraq 239,7 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata əsasən Çinin ABŞ-yə ixracı 9,7% azalaraq 177,4 milyard dollar olub. Amerikanın Çinə ixracı isə 7,4% azalaraq 62,3 milyard dollar olub.
May ayında iki ölkə arasında ticarət dövriyyəsi aprel ayı ilə müqayisədə 13,08% azalaraq 39,63 milyard dollara düşüb. Çin ABŞ-a 28,82 milyard dollar dəyərində məhsul ixrac edib, ABŞ-dən isə 10,81 milyard dollar dəyərində məhsul idxal olunub. İki ölkə arasındakı ticarətdə ciddi balanssızlıq qalır. Belə ki, Çin məhsullarının ümumi dəyəri ABŞ məhsullarının dəyərini təxminən üç dəfə üstələyir.
Qeyd edək ki, iyunun 9-da Londonda ABŞ və Çin nümayəndələrinin ikitərəfli ticarət məsələlərinə dair görüşü keçiriləcək. Çin nümayəndə heyətinə Çin Xalq Respublikasının vitse-premyeri Xə Lifən başçılıq edəcək. ABŞ nümayəndə heyətinə isə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir daxil olacaq.
Xatırladaq ki, iyunun 5-də Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı apararaq ən qısa zamanda yeni ticarət-iqtisadi danışıqlar raundunun keçirilməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi