Çinin "Bir Kəmər, Bir Yol" investisiyaları rekord həddə çatıb

Çinin "Bir Kəmər, Bir Yol" (BRI) təşəbbüsü çərçivəsindəki investisiyalarının həcmi 2025-ci il üçün 75% artaraq rekord 213,5 milyard dollara çatıb. Əvvəlki ildə bu rəqəm 122,6 milyard dollar olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Qriffit Universiteti və Çin Yaşıl Maliyyə və İnkişaf Mərkəzinin araşdırmasına istinadən məlumat yayıb.

Artım əsasən böyük qaz və yaşıl enerji layihələri hesabına baş verib. Təkcə 2025-ci ildə Çin 350 müqavilə imzalayıb, Təşəbbüsün başlamasından bəri müqavilələrin və investisiyaların ümumi dəyəri 1,4 trilyon dollar olaraq qiymətləndirilir.