Çinlə vizasız rejimə keçmək turizm sektorunu canlandıracaq - Ekpert
11:18 24.04.2025
İqtisadiyyat
442
Ekpert Çində qiymətlərin münasib olduğunu, bunun da azərbaycanlı turistlərin marağını cəlb edəcəyini söyləyib
Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlərin inkişafı sevindirici haldır. Xüsusilə iki ölkə arasında qarşılıqlı vizasız rejimin tətbiqi bu əməkdaşlığın vacib nəticələrindən biridir. Bu qərar həm Azərbaycan, həm də Çin üçün turizm sahəsində yeni imkanlar açacaq.
Turist səfərlərinin asanlaşması, qarşılıqlı marağın artmasına səbəb olacaq ki, bu da iki xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacaq. Vizasız rejim, eyni zamanda, iqtisadi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək.
Mövzu ilə bağlı turizm üzrə ekspert Lalə Paşayeva Sherg.az-a açıqlama verib:
"Prezident İlham Əliyevin Çinə səfəri ilə bağlı çox sevindirici xəbərlər eşidirik. Çin Xalq Respublikası ilə qarşılıqlı vizasız rejimə keçmək hər iki ölkənin turizm sektoruna müsbət təsir göstərəcək.
Azərbaycandan Çinə səfər edən turistlərin sayı xeyli az idi. Çünki Çinin viza üçün tələbləri heç sadə deyildi, tələb olunan sənədlərin alınması çox çətin idi. Buna görə də azərbaycanlı turistlər ora səfər etməkdə maraqlı deyildilər".
Ekpert Çində qiymətlərin münasib olduğunu, bunun da azərbaycanlı turistlərin marağını cəlb edəcəyini söyləyib:
"Çində qiymətlərin münasib olması azərbaycanlı turistlərin büdcəsinə də uyğundur. Uçuş qiymətləri də sərfəlidir. Bütün bunlar vizasız səfərin fonunda turistlərin marağını daha da artıracaq. Vizasız rejim nəticəsində, Çin və Azərbaycana səfər edən turistlərin sayında əhəmiyyətli artım gözlənilir.
Həmçinin Çindən Azərbaycana gələn turistlərin sayında da vizasız rejimdən sonra 2-3 dəfədən çox artım olacaq".
Müsahibimiz sonda vizasız rejimin digər ölkələrlə də tətbiq olunacağına ümid etdiyini deyib. Qeyd edib ki, bu, Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm