Çörək bahalaşacaq? - Açıqlama
02:29 27.01.2021
İqtisadiyyat
943
Azərbaycanda buğdanın idxalı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir. Vergidən azadetmə isə 2022-ci ilədək davam edəcək.
Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.
Bununla yanaşı Azərbaycanda bir neçə aksizli malların dərəcələri isə artırılır.
Belə ki, təklif edilən dəyişikliyə əsasən, siqarillanın (nazik siqaretlər) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.
Vergi qanununda edilən dəyişikliklərdən belə aydın olur ki, əhalinin kütləvi tələbatı olan çörəyin qiyməti qalxmır, heç bir vergisiz ölkəyə idxal olunub satıla bilir. Lakin siqaret və tütün məmulatlarının qiymətində bir qədər artım hiss olunacaq.
Sözügedən hər iki məsələ ilə bağlı iqtisadçı-ekspert Kazım Məmmədov fikirlərini "Şərq"lə bölüşüb: "Əlbəttə, un məmulatlarının qiymətinin sabit qalması hər kəsi maraqlandıran amillərdəndir.
Benzin və dizel yanacağının qiymətinin artmasından sonra ölkədə çörəyin də qiymətində artıma doğru dəyişiklik olacağı gözlənilirdi. Qiymət artmasa da çörəyin çəkisində azalmalar olacaqdı. Bu da vətəndaşların haqlı etirazına səbəb ola bilərdi.
Düşünürəm ki, hazırkı vəziyyətə uyğun olaraq ölkədə buğdanın və un məmulatlarının idxalında, eləcə də satışında olan vergi problemlərinin aradan qaldırılmasında, keçənilki kimi artırılmamasında fayda var.
Ölkədə aksizli malların dərəcələrinin artırılmasına gəlincə, onu deyə bilərəm ki, qiymət artımı istənilən halda yaxşı deyil. Amma baxır hansı malların qiyməti artır. Şübhəsiz ki, siqaret və digər tütün məhsulları insan sağlamlığına zərərlidir.
Doğrudur, qiymət artımını görən çox sayda insan cibini və ailəsini düşünərək bundan imtina etməyə məcbur olacaq. Lakin məsələyə fərqli aspektlərdən yanaşsaq onu deyə bilərəm ki, illərdir siqaret çəkən insan hər necəsə edib onsuz da o siqareti alacaq. Belə olan halda da zərər yenə insan faktoruna dəyir.
Bu həm sağlamlıq, həm də iqtisadi, yəni madiyyat baxımından da özünü büruzə verir".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə