Davamlı inkişaf Azərbaycan üçün prioritetdir - Vüqar Bayramov
Fidan Həmişəyeva
12:27 12.07.2020
İqtisadiyyat
1077
Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.
Ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən ölkəmizdə gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a açıqlamasında BMT-nin “Davamlı inkişaf hesabatı"nın dünyanın aparıcı hesabatlarından biri olduğunu deyib.
Parlament üzvü bildirib ki, bu hesabat hazırlanan zamana fərqli indiqatorlardan istifadə olunur:
“Həm iqtisadi, həm sosial, bütövlükdə isə bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və sosial göstəricilərdə baş verən dəyişikliklər həmin hesabatda əksini tapır. Sevindirici haldır ki, Azərbaycan 2020-ci il hesabatında regionun lider ölkəsidir. Prakitiki olaraq regionun aparıcı ölkələrindən hesab olunan Rusiya və Türkiyədən öndəyik. Bu da ondan xəbər verir ki, Azərbaycan hesabatda daha çox Şərqi Avropa ölkələri ilə müqayisə olunur və həmin ölkələrdəki davamlı inkişaf indeksinə uyğundur”.
V.Bayramov qeyd edib ki, davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi-sosial islahatların nəticəsidir:
“Həyata keçirilən islahatlar həm iqtisadiyyatın inkişaf etdirilməsi, həm dayanıqlığın təmin edilməsinə imkan yaradır. Digər tərəfdən sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaranır. 2019-cu ildə cənab Prezident və Birinci Vitse Prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2 sosial paket tətbiq olundu. Bu paketlər minimum və orta əmək haqqı məbləğinin təxminən 2 dəfəyə yaxın artımları ilə nəticələndi. Təbii ki, bu da xüsusən sosial indekslərin daha yaxşılaşmasına və vətəndaşlarımızın sosial təminatının güclənməsinə imkan yaratdı. 2020-ci ildə pandemiyanın təsirləri, qlobal bazalarda o cümlədən neft bazarında özünü göstərdi. Buna baxmayaraq ölkəmizdə sosial proqramlar icra olunur. Bu ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir və aparılan islahatlar növbəti illərdə də dövlətimizin Azərbaycanın davamlı inkişafı üçün zəmin yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə