Davos İqtisadi Forumunda iştirakımız iqtisadi olduğu qədər siyasi əhəmiyyət də daşıyır - ŞƏRH
Yusif Nəzərli
09:44 20.01.2025
İqtisadiyyat
658
Bu gün Davos İqtisadi Forumu başlayır. Yanvarın 20-dən 24-dək İsveçrənin Davos-Klosters şəhərində Dünya İqtisadi Forumu (WEF - World Economic Forum və ya Davos İqtisadi Forumu) “Ağıllı Əsr üçün Əməkdaşlıq” mövzusunda 2025-ci il üçün İllik Toplantı keçirəcək.
Builki Forumun 2025-ci il illik toplantısı "Ağıllı Əsr üçün Əməkdaşlıq" mövzusu altında qlobal çağırışlara toxunacaq. Davos İqtisadi Forumu, qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri bir yerə toplayacaq. Müxtəlif mövqelərə və böyük qeyri-müəyyənliklərə baxmayaraq, 2025-ci il İllik Toplantı gələcək Ağıllı Çağı daha davamlı və əhatəli şəkildə formalaşdırmaq məqsədi ilə əməkdaşlıq ruhunu və konstruktiv nikbinliyi gücləndirəcək. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunacaq. 220-dən çox sessiya canlı yayımlanacaq və ictimaiyyətə müzakirələrə giriş imkanı verəcək. Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı işgtirak edəcək. ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Olaf Şolz, Avropa Parlamentinin sədri Roberta Mezzola, İsrail prezidenti İsaak Hersoq, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif, Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd əl-Şeybaninin tədbirə qatılacağı qeyd edilir. Dünya İqtisadi Forumunun rəsmi saytının məlumatına görə, konfransda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Forumda həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edəcək. Tədbirdə ümumilikdə 3 min adam iştirak edəcək. Forumda qlobal iqtisadiyyatda yeni artım mənbələri, əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə almaqla biznes strategiyalarının uyğunlaşdırılması, insan kapitalının inkişafına investisiya qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, beynəlxalq səviyyədə həll yollarını inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün yeni yollar tapmaq kimi məsələlər gündəmə çıxarılacaq. Digər əsas mövzu süni intellekt olacaq – forumda onun tənzimlənməsi məsələləri qaldırılacaq.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etməsi baxımından çox əhəmiyyətli platformadır. Deputatın sözlərinə görə, bu platformada iştirakımız iqtisadi olduğu qədər siyasi əhəmiyyət də daşıyır:
"Davos İqtisadi Forumu çərçivəsində dövlət başçımızın digər ölkələrin rəhbərləri, qlobal şirkətlıərin rəhbərləri ilə görüşməsi ənənəvi xarakter alıb. Bu tədbirdə də dövlət başçının bir çox görüşlər keçirəcəyini, ölkəmizin investisiya mühiti ilə bağlı əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılacağını hesab edirəm. Davos İqtisadi Forumunun hesabatları Azərbaycanın iqtisadi mövqelərini müsbət dəyələndirir. Təbii ki, bu, ölkəmizdə yaranmış azad biznes mühiti ilə bağlıdır. Bu baxımından Forumda iştirakımızın ölkmizə investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli olacağını hesab edirəm. Həm də Forum çərçivəsində dövlət başçıları siyasi mövzularda da müzakirələr aparır. Bu da bir çox qlobal xarakterli siyasi məsələlərin həll olunmasına və sözümüzün, mövqeyimizin, gücümüzün artmasına töhfə verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şabranda layihənin icrası başa çatıb
18:59 26.08.2026
Ölkə
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi
18:53 26.08.2026
Gündəm
Tramp MKİ rəhbərinin Rusiyaya səfərindən danışdı
18:42 26.08.2026
Dünya
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır
18:34 26.08.2026
Elm və Təhsil
Pezeşkianın qızı Mehriban Əliyevaya təbrik ünvanlayıb
18:26 26.08.2026
Gündəm
Tramp: Xamenei ölməyib
18:01 26.08.2026
Dünya
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
17:50 26.08.2026
Ölkə
Tramp: ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq
17:42 26.08.2026
Dünya
Azərbaycan XİN Pakistana başsağlığı verib
17:37 26.08.2026
Aktual
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya
İran və Oman Hörmüz boğazından əldə edilən gəlirləri bölüşdürəcək
16:30 26.08.2026
Dünya
Dünya musiqisinin əfsanəsi Dolly Parton 80 yaşında vəfat edib
16:29 26.08.2026
Mədəniyyət
Nəsib Nəsibli: Netanyahunun bu sözündə həqiqət payı var
15:51 26.08.2026
Aktual
Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq
15:30 26.08.2026
Texnologiya
Ucarda zibil poliqonu yanır - FOTO
15:22 26.08.2026
Hadisə