Deputat nikbindir: “İslahatların növbəti mərhələsinin şahidi olacağıq”
Turan
07:56 10.08.2020
İqtisadiyyat
737
“Pandemiya dünyanın yeni düzənə daxil olması, yeni idarəetmə qaydalarının tətbiq olunmasını şərtləndirir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatında yeni mənzərənin meydana çıxmasına səbəb oldu:
“İqtisadiyyat həyatımızın bütün sahələri ilə əlaqəlidir və dövrün tələblərinə uyğun addımların atılması mütləqdir. Ötən gün cənab Prezident koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə görülən işlərlə yanaşı qarşıda duran vəzifələr haqqında da geniş məlumat verdi. Dövlət şirkətlərinə ayrılan vəsaitlərin bəzi hallarda elə də əhəmiyyətli olmayan layihələrə sərf edildiyinə diqqət çəkən ölkə rəhbəri bildirdi ki, dövlət şirkətləri bundan sonra daha çox korporativ idarəetmə əsasında işləməlidirlər.
Prezident özünün proqram xarakterli çıxışı ilə yaxın zamanda ölkə iqtisadiyyatında tətbiq edilməli olan idarəetmənin konturlarını cızdı. Yeni iqtisadi və korporativ idarəetmənin qurulması ilk növbədə dövlət şirkətlərinin iş effektivliyini təmin edəcək. Bununla daha vacib layihələr həyata keçiriləcək və bir o qədər əhəmiyyət daşımayan işlərə əlavə vəsaitlər və izafi xərclər sərf olunmayacaq”.
C.Osmanovun sözlərinə görə, şirkətlər qarşılıqlı əməkdaşlıq şəraitində öz işlərini quracaqlar:
“Haradan başlamaq məsələsinə gəldikdə isə hesab edirəm ki, Prezident müşavirədə bir sıra şirkətlərin adını qeyd etdi. Həmin dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər dövlət başçısına təqdim ediləcək.
Biz bu günə qədər ölkəmizdə həyata keçirilən davamlı islahatların növbəti mərhələsinin şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi