Deputat: “Yüksək keyfiyyətli maskalara təlabat hər zaman olur”
Turan
10:05 07.04.2020
İqtisadiyyat
867
Vahid Əhmədov: “Ona görə də belə mühüm tibbi ləvazimatın ölkəmizdə istehlası mühüm və vacib idi”
“Bu istehsal imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək”. Bu sözləri Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında deyib. Dövlət başçısı vurğulayıb ki, bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir: “Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu varr, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərib. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılıb və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək. Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq”.
Ölkə rəhbərinin diqqət çəkdiyi məqamı “Sherg.az”a dəyərləndirən millət vəkili Vahid Əhmədov bildirib ki, tibbi maskalar sadəcə pandemiya dövründə deyil, ümumiyyətlə hər zaman əhaliyə lazım olan bir ehtiyacdır:
“Əlbəttə, söhbət sadəcə koronavirusdan getmir. Digər fövqəladə hadisələr, müəyyən yanğınlar və s. baş verdikdə də əhalinin tibbi maskalardan istifadə etmək zərurəti ortaya çıxır. Yəni maska həmişə lazımlıdır. Ona görə də belə mühüm tibbi ləvazimatın ölkəmizdə istehlası mühüm və vacib idi. Hesab edirəm ki, indiki məqamda belə bir müəssisəsinin Sumqayıtda fəaliyyətə başlaması çox önəmli addımdır. Bu istehsal əhalinin maska ilə tam təmin olunmasında böyük əhəmiyyət kəsb edəcək”.
V.Əhmədov yerli maskaların keyfiyyəti məsələsinə də toxunub:
“Düzdür, hələlik bilinmir ki, orada buraxılan maskaların keyfiyyəti necə olacaq. İstehsal olunan maskaların saatlıq və günlük olacağı da bəlli deyil. Hər halda arzu edərdik ki, gələcəkdə daha keyfiyyətli və insanların təlabatına cavab verən maskalar istehsal olunsun. Təbii olaraq, idxal məsələsinə də fikir vermək lazımdır. Yüksək keyfiyyətli maskalara təlabat hər zaman olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol