Dəstək proqramı: “Dövlət sahibkar və vətəndaşların arxasında dayanır"
Şəymən Bayramova
10:31 03.04.2020
İqtisadiyyat
1088
“Rəsmi gəliri görünməyən şəxslərə ən azından yaşayış minimumu həcmində yardım etmək olar. Onların dəstək proqramından kənarda qalması xoşagələn hal deyil”
“Bank kreditləri ilə bağlı da tətil elan olunacağını gözləyirəm. 3 və ya 6 aylıq müddətdə vətəndaşlardan ödəniş tələb edilməsin. Bankların bu itkisini isə dövlət kompensasiya etsin”
“Dövlətin dəstək proqramına qiymət vermək üçün çox tezdir. Biz proqramı hələ görməmişik. Sadəcə bəyənat verilib və ümumi istiqamətlər müəyyənləşdirilib”. Bu sözləri “Sherg.az”a açıqlamasında maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. Bununla belə ekspert hesab edir ki, dövlət tərəfindən belə bir addımın atılması və bu cür ağır situasiyada sahibkarların və vətəndaşların arxasında dayanması çox vacib və önəmli faktordur:
“İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramlarını yüksək qiymətləndirirəm. Bu proqram sayəsində pandemiyadan maddi zərər görən bütün təbəqələrin narahatlığına son qoyulacaq. Məqsəd də məhz bundan ibarətdir. Amma vacib bir məqamı qeyd edim ki dövlətin dəstək proqramında fəaliyyətini şəffaf quran rəsmi sahibkarlara və onların işçilərinə yardım məsələsi öz əksini tapıb. Azərbaycanda isə xeyli sayda insan qeyri rəsmi işləyir və kölgə iqtisadiyyatına xidmət edirlər. Düzdür, onlar vergi və sosial sığorta ödəməməklə dövlət büdcəsinə ziyan verirlər. Lakin onlar da bu ölkənin fərdləridir. Bu cür ağır zamanda onları yardımsız qoymaq olmaz. Dövlət hansısa formada həmin şəxslərə də dəstək göstərməlidir. Düşünürəm ki, rəsmi gəliri görünməyən şəxslərə ən azından yaşayış minimumu həcmində yardım etmək olar. Onların dəstək proqramından kənarda qalması xoşagələn hal deyil. Əlavə olaraq deyim ki bank kreditləri ilə bağlı da tətil elan olunacağını gözləyirəm. 3 və ya 6 aylıq müddətdə vətəndaşlardan ödəniş tələb edilməsin. Bankların bu itkisini isə dövlət kompensasiya etsin”.
Şirkətlərə edilən güzəştin maliyyə nöqteyi-nəzərdən məzmununana gəldikdə isə hüquqşünas deyib ki, illik dövriyyəsi 200 min manatdan çox olan şirkətlər 20 faiz mənfəət vergisi ödəməlidirlər:
“Mənfəət şirkətin gəliri ilə xərci arasında olan fərqdir. Deməyim odur ki, 20 faizlik vergi xalis gəlirdən çıxılacaq. Hər hansı xərci gəlirdən çıxmaq olmaz. Yalnız şirkətin fəaliyyətini təmin edən xərc gəlirdən çıxılır. Məsələn, şirkət rəhbərinin kiməsə nəyisə bağışlamağı, xeyriyyəçilik etməsi xərcindən çıxılmır. Ancaq bundan fərqli olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürən şirkətlər 20 min manat vergi ödəyəcək. Sözügedən şirkətlərə güzəşt dedikdə söhbət bundan gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə