Dəstək proqramının mahiyyəti: “İqtisadiyyatımızın bütün arxitekturası dəyişəcək”
Fidan Həmişəyeva
13:58 03.04.2020
İqtisadiyyat
909
Rüfət Quliyev: “İqtisadiyyatımız xarici amillərə qarşı çox dayanıqlı və daha az həssas olacaq”
Karantin rejimi ilə əlaqədar olaraq dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Dövlət dəstəyi proqramından 290 mindən çox kiçik və fərdi sahibkar faydalanacaq.
Eyni zamanda 300 mindən çox işçinin əmək haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək. Həmçinin bizneslərə vergi güzəştləri və imtiyazlar veriləcəyi nəzərdə tutulur. Ümumilikdə müxtəlif sahələri əks etdirən proqramda müxtəlif məsələlər öz əksini tapıb. Maliyyə həcmi 2.5 milyard manat olan proqramın hazırlanmasında əsas məqsəd əhalinin müxtəlif təbəqələrinə dəstəyin göstərilməsidir.
İqtisad elmləri doktoru, professor,millət vəkili Rüfət Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, iqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramlarında Azərbaycan iqtisadiyyatının yeni cizgilərini görmək mümkündür.
Deputat vurğulayıb ki, dövlətin həyata keçirdiyi operativ və çevik tədbirlər nəticəsində koronavirus pandemiyası Azərbaycana güclü təsir edə bilməyib:
“Bütün dünya təşviş içərisindədir. Vətəndaşlarımıza müraciət edərdim ki, ajiotaja, panikaya ehtiyac yoxdur, qeyri-reallığa söykənən məlumatlara inanmasınlar. Sadəcə karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl etsinlər”.
Professor hesab edir ki, dövlət dəstəyinin göstərilməsi üçün hazırlanan proqramlarla Azərbaycan iqtisadiyyatının bütün arxitekturası dəyişəcək:
“İqtisadiyyatımız xarici amillərə qarşı çox dayanıqlı və daha az həssas olacaq. Əsas prioritet kölgə biznesindən yayınmaqla, kiçik və orta sahibkarlığa dəstəklə milli iqtisadiyyatın inkişafı, möhkəmlənməsi və genişləndirilməsi olacaq. Onların maliyyə instrumentlərinin inkişafı, biznesə yardım kimi komponentlər proqramlarda öz əksini tapıb. Yeri gəlmişkən, hazırda kompensasiya məsələsi müzakirə olunduqca əmək müqavilələri barədə ciddi sual ortaya çıxır. Son illərdə dövlət boş yerə işəgötürən və işləyən arasında əmək müqaviləsi imzalanması məsələsinə diqqət ayırmır”.
R.Quliyev müqavilə ilə işləyənlərin vəziyyətinin müqaviləsiz işləyənlərdən daha yaxşı olacağını qeyd edib:
“Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “şəffaf" iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır”.
Millət vəkili Azərbaycanın yalnız bu gün və sabahı düşünmədiyini, koronavirus pandemiyası ilə əlaqədar böhrandan sonrakı dövrdəki inkişaf barədə addımlar atdığını diqqətə çatdırıb:
“Bu böhran da bitəcək, sivilizasiya yenidən inkişafa başlayacaq. Postsovet məkanında Azərbaycandan başqa iqtisadiyyatının gələcək strukturu və iqtisadi artımının təmin olunması üçün planlar cızan, yollar göstərən ikinci bir ölkə yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya səmasının müdafiəsi üçün vahid komandan lazımdır
20:24 05.09.2026
Dünya
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya