““Dostluq” yatağı ixrac üçün böyük imkanlar açır”
Fidan Həmişəyeva
13:16 22.01.2021
İqtisadiyyat
609
“Bu Azərbaycan və Türkmənistan xalqlarının rifahının yüksəlməsinə şərait yaradacaq”
Yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “ “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Memorandum neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir.
İmzalanan anlaşma Memorandumu iki dost ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni perspektivlər açır. Bu tarixi hadisə Azərbaycanın tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək.
Memoradumun imzalanmasının hər iki ölkə üçün mühüm tarixi hadisə olduğunu deyən millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı” bu yatağın “Dostluq” adlandırılması dərin rəmzi məna daşıyır:
“Xəzər dənizinin “Dostluq” neft yatağı eyni soy kökə malik ölkələr arasında formalaşmış dostluğun, qardaşlığın, birgə əməkdaşlığın və dialoqun simvoludur”.
Deputat qeyd edib ki, “Dostluq” neft yatağı 1989-cu ildə Azərbaycanın neftçiləri tərəfindən 4 kilometr dərinlikdəki layda kəşf olunub:
“Zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Memorandumun imzalanması hər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, regionda yeni reallıqların yaranmasına və tranzit kommunikasiyaların inkişaf perspektivləri baxımından imkanların yaranmasını şərtləndirir”.
Xanım parlamentari xüsusilə bildirib ki, Azərbaycan Xəzər dənizində hər zaman əməkdaşlıq, mehriban, qonşuluq və qarşılıqlı anlaşma mühitinin formalaşmasına çalışıb:
“Bu səylər müxtəlif vaxtlarda Azərbaycanla Qazaxıstan və Rusiya arasında sazişlərin imzalanması və eləcə də beştərəfli formatda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə aparılan proseslərə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib”.
T.Cəfərova vurğulayıb ki, “Dostluq” yatağı Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənilməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb:
“Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında hər iki tərəf üçün bütün məsələlərin məqbul səviyyədə həllinə zəmin yaradıb.
Nəticədə imzalanmış Anlaşma Memorandumu Xəzər dənizinin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihələr iki ölkənin, habelə qonşu ölkələrin enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq.
Layihə eyni zamanda ixrac üçün böyük imkanlar açır, ona görə də hər iki ölkənin xalqlarının rifahının yüksəlməsinə şərait yaradacaq. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə toplantısı ərəfəsində bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq”.
Millət vəkili sonda qeyd edib ki, dünyanın bir çox yerində qeyri-sabitlik, terrorizm və inhisarçılıq enerji təhlükəsizliyi baxımından ciddi təhdiddir:
“Bəzi ölkələr enerji mənbələrinin varlığını hökumət üçün siyasi vasitəyə çevirirlər. Bu gün dünyanın mövcud mənzərəsi və aparılan geniş təhlillər onu deməyə əsas verir ki, “enerji mənbələri siyasi bir vasitədir” fərziyyəsi artıq tarixdə qalır. “Enerji resurslarının rasional idarə edilməsi siyasi bir vasitədir” ifadəsi daha düzgündür. Azərbaycan da klassik yox, müasir dövrün tələblərinə uyğun olaraq ikinci yanaşmanı əsas tutur.
Əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik və koordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat