Dövlət büdcəsinin ehtiyat fondundan xərclənən vəsaitin həcmi açıqlanıb
Yusif Nəzərli
09:59 28.01.2025
İqtisadiyyat
434
COP29-la bağlı Bakıda aparılan abadlıq və quruculuq işlərinə dövlət büdcəsindən xərclənən vəsaitin həcmi məlum olub.
Bu barədə 2024-cü il üzrə Azərbaycanın icmal və dövlət büdcələrinin icrasına dair məlumatda bildirilib.
Qeyd edilib ki, 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 471,6 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 470,4 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib. Açılmış maliyyələşmənin 99,7 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən respublikanın bir sıra şəhər və rayonlarında avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması işlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm