Dünya Bankı Azərbaycanda BOEM-in maliyyələşdirilməsi ilə bağlı gələcək istiqamətləri açıqlayıb
Yusif Nəzərli
15:08 12.06.2025
İqtisadiyyat
396
Dünya Bankı dayanıqlı enerjini dəstəkləməyə yönəlmiş bir çox layihələri, o cümlədən şəbəkə infrastrukturunun inkişafına, enerjinin akkumulyasiyasına, transsərhəd güclərə və enerji səmərəliliyinin artırılmasına sərmayə qoyuluşunu nəzərdən keçirir.
Bu barədə “Report”a müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib
“Biz həmçinin tarif siyasəti, istehsalın proqnozlaşdırılması və balanslaşdırma mexanizmləri də daxil olmaqla, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı üçün institusional əsasları gücləndirməyi planlaşdırırıq”, – o qeyd edib.
Regional direktor xatırladıb ki, 2025-ci ilin mart ayında Dünya Bankı Azərbaycanda bərpa olunan enerji sahəsində əsas təşəbbüslərdən biri olan AZURE layihəsini təsdiqləyib.
“Biz onun həyata keçirilməsi üçün 173,5 milyon ABŞ dolları məbləğində kredit ayırmışıq. Layihənin əsas məqsədi bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyasına kömək etmək və onun dayanıqlılığını artırmaqdır”, - o qeyd edib.
R.Praysın sözlərinə görə, AZURE şəffaf və proqnozlaşdırıla bilən normativ və infrastruktur mühitini təmin edərək, bu sektora özəl investisiyaların cəlb edilməsi üçün zəmin yaradır.
“Bu, həm ölkə daxilində, həm də regional kontekstdə təmiz enerji istehsalının və ixracının genişləndirilməsini nəzərdə tutan "yaşıl enerji dəhlizi"nin yaradılması ilə bağlı dövlət təşəbbüsünün həyata keçirilməsi istiqamətində ilk addımdır. Lakin bu hələ başlanğıcdır”, - o qeyd edib.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi
Azərbaycan mühacirlərinin "Aras"ı
13:22 27.07.2026
Tarix
Faktiki hava açıqlanıb
13:20 27.07.2026
Ekologiya