Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı
Yusif Nəzərli
04:49 17.01.2025
İqtisadiyyat
591
Dünya Bankı Azərbaycanın ÜDM-nin 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağını proqnozlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışında qeyd olunub.
Dünya Bankının proqnozları oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb. Hesabata görə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4 % artıb ki, bu da 2023-cü ilin 1,1 %-lik göstəricisindən xeyli yüksəkdir.
Bankın proqnozlarına görə, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2025-ci ildə 3,9 % (oktyabr proqnozundan 0,2 faiz bəndi çox), 2026-cı ildə isə 3,4 % səviyyəsində olacaq.
Dünya Bankı qeyd edir ki, qlobal iqtisadiyyat üçün risklər azalma istiqamətində qalır. Bank əsas təhdidlər arasında geosiyasi gərginliyi, xüsusilə də Ukraynada münaqişə ilə bağlı qeyri-müəyyənliyin Avropa və Mərkəzi Asiya (ECA) regionunun iqtisadi perspektivlərinə təzyiq göstərməyə davam etdiyini qeyd edib.
Dünya Bankı, növbəti risk kimi ECA ölkələrində ticarət məhdudiyyətlərinin artmasını qeyd edir. 2024-cü ilin əvvəlindən burada 585-dən çox məhdudlaşdırıcı tədbir tətbiq edilib ki, bu da proteksionizmi gücləndirir və ticarət fəaliyyətini azaldır.
Hesabat müəlliflərinin fikrincə, inflyasiya riskləri xidmətlərin dəyərinin artması, enerji resurslarından asılılıq və dezinflyasiyanın gecikmələri ilə bağlıdır.
Regionda hərbi xərclər artaraq 2023-cü ildə ÜDM-in 4 %-nə çatıb ki, bu da 2010-2021-ci illərin orta göstəricisindən iki dəfə çoxdur. "Artım xüsusilə müdafiə xərclərinin ÜDM-in təxminən üçdə birini təşkil etdiyi Ukraynada və Rusiyada nəzərə çarpır", - hesabatda qeyd olunur.
Dünya Bankı hesab edir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatları Rusiyadan pul axınının azalmasına qarşı həssas olaraq qalır. Məsələn, Tacikistanda pul köçürmələri ÜDM-in təxminən 40 %-ni təşkil edir ki, bu da ölkəni Rusiyadakı iqtisadi vəziyyətdən xüsusilə asılı edir.
"İqlim dəyişikliyi ilə bağlı risklər ECA regionu üçün ciddi problem olaraq qalır. Əhalinin təxminən 21 %-i quraqlıq təhlükəsinə məruz qalır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir", - hesabatda deyilir.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi ölkənin ÜDM-nin 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 2,8 % artacağını proqnozlaşdırır. Eyni zamanda, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkənin ÜDM-i 4,1 % artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat