Dünya Bankı: Bərpa olunan enerji Azərbaycanda iqtisadi artımı stimullaşdıracaq
Yusif Nəzərli
06:20 08.10.2025
İqtisadiyyat
876
"Azərbaycanın bərpa olunan enerjiyə keçidi iqtisadi artımı və məşğulluğu stimullaşdıracaq".
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
Qeyd edilib ki, əlçatan və sərfəli enerji infrastrukturu iş yerlərinin yaradılması və iqtisadi transformasiyanın əsasını təşkil edir. Avropa və Mərkəzi Asiya (ECA) regionunda məhsuldar məşğulluq imkanlarının reallaşması üçün sərfəli və etibarlı enerji təminatı zəruridir. Regionun enerji keçidi digər bölgələrdən fərqlənir, çünki ölkələr müxtəlif çağırışlarla üzləşirlər. Demoqrafik fərqlər, coğrafi mövqe, təbii sərvətlər, siyasi vəziyyət və ilkin şərtlər hər ölkə üçün spesifik yanaşma tələb edir.
Dünya Bankı vurğulayıb ki, Cənubi Qafqaz regionun enerji dəhlizinə çevrilə bilər. Belə ki, Gürcüstanın hidroenerji imkanları, Azərbaycanın bərpa olunan enerjiyə keçidi və Ermənistanın günəş enerjisi potensialı regional iqtisadi artımı və məşğulluğu stimullaşdıran əsas faktorlar kimi çıxış edə bilər.
Həmçinin, əlavə edilib ki, Mərkəzi və Şərqi Avropada kömürdən imtina prosesi işçilərin yeni sahələrə keçidi və bərpa olunan enerji infrastrukturuna investisiyaların artırılmasını tələb edir. Bu da yeni məşğulluq imkanları yarada bilər. Mərkəzi Asiyada isə əhalinin artması enerji təminatının genişləndirilməsini zəruri edir. Burada hidroenerji potensialından və günəş resurslarından istifadə ön plana çıxır, Qazaxıstan və Türkmənistanda isə təbii qaz keçid mərhələsində mühüm rol oynayır.
"Bəzi ölkələrdə nüvə enerjisi digər mənbələri tamamlayan rol oynaya bilər. Bu fərqləndirilmiş yanaşma enerji sahəsinə yatırımların birbaşa olaraq məhsuldar məşğulluğa çevrilməsini təmin edəcək" - hesabatda bildirilib.
Qeyd edək ki, Dünya Bankı bu il üzrə iqtisadi artım proqnozunu 1,9%, 2026-cı il üzrə 1,8%, 2027-ci il üzrə isə 1,7% müəyyən edib. DB əvvəlkinə nisbətən iqtisadi artım proqnozunu 0,6-0,7% bəndi azaldıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya