DVX: Vergi güzəştləri sənaye məhəllələrinin maliyyə dayanıqlılığına müsbət təsir göstərəcək
Yusif Nəzərli
06:30 28.01.2025
İqtisadiyyat
437
Əmlak və torpaq vergiləri üzrə güzəştlər sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarının maliyyə dayanıqlılığına müsbət təsir göstərəcək.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və sənaye sahələrinin inkişaf etdirilməsində mühüm istiqamətlərdən biri də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Vergi Məcəlləsinə son dəyişikliklərdə həmin məhəllələrin inkişafının dəstəklənməsi məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.
Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dövlət tərəfindən yaradılan sənaye məhəllələrinin ərazisində istifadə etdikləri torpaq sahələrinə və həmin ərazidə yerləşən əmlaklarına görə idarəedici təşkilatlar və operatorlar torpaq və əmlak vergilərindən azad olunublar. Bu güzəştlər sənaye parkları üzrə idarəedici təşkilatlara və operatorlara münasibətdə müəyyənləşdirilmiş stimullaşdırıcı tədbirlərlə eynilik təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm