Əhalinin NƏZƏRİNƏ ! Dövriyyəyə saxta manat buraxılıb – ALDANMAYIN!
Şəymən Bayramova
12:41 18.03.2020
İqtisadiyyat
1092
Mart ayında Bakıda saxta əskinasların dövriyyədə olması halları çoxalıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, martın ilk günlərində paytaxtda ən azı dörd belə fakt qeydə alınıb. Adının açıqlanmasını istəməyən hüquq-mühafizə orqanının əməkdaşının dediyinə görə, ələ keçirilən bütün əskinaslar rəngli printerdən istifadə olunmaqla hazırlanıb.
Belə bir saxta pulu tanımaq asandır, yalnız diqqətlə nəzərdən keçirmək kifayətdir. Ekspert bildirib ki, əksər hallarda fırıldaqçılar kiçik mağazalara və yanacaqdoldurma məntəqələrində saxta puldan istifadə edirlər. Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında Mərkəzi Bankın saxta pulla mübarizə sahəsində Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda saxta pul çox deyil və bu göstərici digər ölkələrə nisbətən daha aşağıdır. Manat olduqca yaxşı qorunur və bu amil saxta pulun geniş miqyasda yayılmasına mane olur.
Altay Sosial- iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlının sözlərinə görə, saxta manatların dövriyyəyə buraxılması texnologiyanın inkişafı və əlçatanlığı ilə bağlıdır:
"İndi çox peşəkar printerlər və xüsusi kağızlar əldə etmək asandır. Ona görə də bu problemlər bütün ölkələrdə mövcuddur. Bizim valyuta ən güclü müdafiə sistemi olanlardandır. Üzərində səhv etmirəmsə 24 xüsusi nişan var ki, onu adi printerlərdə həkk etmək mümkün deyil. Əhali diqqətli olmalıdır. Bir çoxunu adi gözlə də fərqləndirmək mümkündür. Şübhələndikdə banklarda və valyuta dəyişmə məntəqələrində yoxlatmaq olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə