Ekspert: Vizasız rejimə keçid çinli turistlərin 50-60 faiz artımına gətirib çıxaracaq
12:06 23.04.2025
İqtisadiyyat
430
Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanıb.
Sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
Mövzu ilə fikirlərini bölüşən turizm eksperti Cabir Dövlətzadə Sherg.az-a bildirib ki, Azərbaycanla Çin arasında vizanın qaldırılması turizm münasibətlərinə çox ciddi təsir göstərəcək:
“Çünki Çin dünyanın ən böyük iki ölkəsindən biridir. Həmçinin Hindistandan sonra ikinci yeri tutan Çinin turizm potensialı da çox genişdir. Ümumiyyətlə Azərbaycana Çindən gələn turistləri ilk onluqda yer alırlar. Vizasız rejimə keçid çinli turistlərin 50-60 faiz, bəlkə də daha çox artımına gətirib çıxaracaq. Çünki Çin turistləri daha çox mədəniyyət yönümlü turistlərdir. Onlar sadəcə Bakını deyil, Lahıc, Şəki kimi tarixi məkanları görməkdə israrlıdırlar. Turları da ən azı üç, yeddi gün çəkir. Bu isə o deməkdir ki, Azərbaycanın turizm kütləsində ciddi artım olacaq və visasız rejim həqiqətən də turizmin inkişafına ciddi töhfə verəcək. Biz yaxın bir zamanda turist axını başlayacağını və davam edəcəyini gözləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm