
Ekspert: Yumurtanın qiymətində bahalaşma müşahidə edilir
Yusif Nəzərli
13:39 14.09.2025
İqtisadiyyat
771
Əslində bu, dövlətə və sahibkara xeyirdi, amma vətəndaşa yox
Dövlət Statistika Komitəsi avqust ayında ən çox bahalaşan və ucuzlaşan məhsulların adlarını açıqlayıb. Məlumata görə, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının qiymətlərində müşahidə olunub. Daha çox ucuzlaşma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində qeydə alınıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Statistika Komitəsi açıqlasa da, açıqlamasa da, ərzaq məhsullarının qiymətlərində aşağı-yuxarı dəyişiklikləri zatən əhali, hər gün evinə azdan-çoxdan bazarlıq edən vətəndaş bilir, ailə büdcəsinə təsirdə görür. İyul ayında ən ucuz tərəvəz pomidor idi. İndi də Xaçmaz pomidorunin kiloqramı hələ də 40-50 qəpik civarındadır. Soğan iyul ayında bəzi marketlərdə hətta 8 qəpiyə də satışda idi. İndi 28-30 qəpikdir. Badımcan ucuz idi, indi də nisbətən ucuzdur. Amma xiyar baha idi, baha da qalır. Üzüm ucuzdur, şaftalı baha. Qiymətlərdəki fərqlilik nəylə bağlıdır? Bu, mövsümi xarakter daşıyır, yoxsa məhsul bolluğu və ya qıtlığındanmı asılıdır?
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, ərzaq məhsullarının, meyvə-tərəvəzin qiymətlərinə müxtəlif amillər təsir edir:

- Əvvəllər Rusiyaya pomidor, xiyar ixrac olunurdu, indi məhdudlaşma var deyə bunu biz qiymətlərdə də görürük. Yerli bazarda bolluq yaranır, qiymətlərdə ucuzlaşma müşahidə edilir. Rusiyaya ixracda əgər məhdudlaşma davam edəcəksə, ucuzlaşma tendensiyası davam edəcək. Amma məsələn, yumurtanın ixrac bazarı başqa ölkələrdir. Bu baxımdan digər ölkələrə ixrac olunduğundan yumurtanın qiymətində bahalaşma müşahidə edilir. Alternativ bazarlar az olduqca qiymət azala bilər, çoxaldıqca isə imkanlar çoxalır. Əslində bu, dövlətə və sahibkara xeyirdi. Amma vətəndaşa yox. Kəndlinin, fermerin becərdiyi məhsulu birbaşa bazara çıxarmaq imkanları çox zəifdir. Bu da öz mənfi təsirini göstərir. Məhsul kəndlidən çox ucuz qiymətə alınır, amma bazara baha qiymətə çıxarılır. Ət və ət məhsullarına gəldikdə isə burada dəfələrlə qeyd edildiyi kimi, ciddi səbəblər var. Otlaq sahələri azdır, yemin maya dəyəri bahadır, xaricdən asılılıq var. Fermerə sərf etmir mal-qara bəsləmək. Heyvanlar üçün otlaq sahələri tapa bilmirlər, yemə xeyli pul sərf etməli olurlar. Yəni çəkilən xərc əldə ediləcək gəlirlə uyğunlaşmır. Zərər böyük olur deyə, xırda və ya iribuynuzlu heyvan saxlamaq sərf etmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm