“Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda onlayn treyninq keçirilib
Turan
09:33 27.10.2020
İqtisadiyyat
1144
15 Sentyabr-24 Oktyabr 2020-cı il tarixləri arasında Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan, və Yevlax şəhərindən olan mikro və kiçik sahibkarlar üçün “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda onlayn treyninq keçirilib.
“Sherg.az” xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) “Sahibkarlar arasında Könüllü və İntizamlı Vergi Ödəyicisi olmağın təbliği” layihəsi çərçivəsində reallaşdırılıb.
Tədbirləri giriş sözü ilə Dövlət Vergi Xidmətinin baş dövlət vergi müfəttişi Abdurəhmanov Bəxtiyar açıb. O, çıxışında sahibkarlığın inkişafında Vergi inzibatçılığının və xidmətinin rolundan bəhs edib.
Daha sonra İRÖİB-in sədri, layihənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev COVİD-19 üzrə sahibkarın məsuliyyəti, könüllü vergi ödəmə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlər, uçota alınmanın və uçot məlumatlarının dəyişdirilməsinin qanunvericilik əsasları, yayınmalar və biznesin vergi riskləri, Vergi Məcəlləsində nəzərdə tutulan Vergi Güzəştləri, fərdi sahibkarların elektron kabinetlərində şəxsi məlumatlarının dəyişdirilmısi istiqamətlərində muhazirə oxuyub.
Sonra İqtisadi Resurların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı isə elektron məlumat bazasında sahibkarlıq subyektlərinə mənsub məlumatların yeniləşdirilməsi və dolğunluğunun təmin olunması, elektron kabinet və kargüzarlıqdan istifadə, məktubların nəzərdən keçirilməsi qaydaları mövzularında çıxış edərək sahibkarların elektron kabinetlərində uçot məlumatlarının dəyişdirilməsini praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləyib.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual