Ərzaq məhsullarının qiymətində bahalaşma: “Məmur sahibkarlığı...”
Fidan Həmişəyeva
11:55 06.11.2020
İqtisadiyyat
1392
Son zamanlar ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Məlumdur ki, pandemiya ilə əlaqədar olaraq xarici ölkələrdən ərzaq idxalı məhdudlaşdırılıb. Çox güman ki, qiymət artımının tutarlı səbəblərindən biri budur. Lakin mövcud durum əhali arasında narahatlıq yaradıb. Vətəndaşlar qeyd edirlər ki, bir günün içində bəzi ərzaq məhsullarının qiymətində 10-15 qəpik dəyərində artım var.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bahalaşma daha çox un məhsulları, yumru düyünün, qarabaşaq yarmasının, təzə və dondurulmuş balığın, brınza pendirinin, kəsmiyin, portağalın, bananın, gavalının, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, mərcinin qiymətində olub. Ucuzlaşma isə əsasən limonun, naringinin, almanın, armudun, heyvanın, narın, üzümün, çiyələyin, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın, arağın, pivənin qiymətlərində müşahidə olunub.
İqtisadçı-ekspert Nazim Bəydəmirli bahalaşmaya səbəb olan amilləri“Sherg.az”a sadalayıb. Ekspertin sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb və təklif üzərində qurulur:
“Payızın son ayı olduğu üçün əsasən regionlarda yaşayanlar böyük şəhərlərə meyillənirlər. Çünki məhsul yığımı başa çatıb və bir çox vətəndaş regionda qeydiyyatda olmaqlarına baxmayaraq, müntəzəm olaraq payız-qış aylarını Bakıda keçirirlər. O cümlədən əhalinin sayı çoxaldıqca müxtəlif qida məhsullarına tələbat artır və təbii ki, bu zaman satıcılar qiyməti qaldırırlar. Düzdür, bahalaşmanın obyektiv səbəbləri dediyimiz kimi bazar iqtisadiyyatının tələbi ilə bağlıdır. Lakin bizim kimi ölkələrdə bazar iqtisadiyyatı tam oturuşmamış, monopolist iqtisadiyyat olduğuna görə, məmur sahibkarlığı daha çox yararlanır”.
N.Bəydəmirli qeyd edib ki, pandemiya dövründə müəyyən məhsulların xaricdən gəlişində məhdudiyyətlər var:
“ Daxili istehsalımızla özümüzü tam təmin edə bilmirik. Beləliklə, tələb artdığı üçün qiymət bahalaşır və yerli məhsullarla xaricdən gələn məhsulları əvəz etmək vaxt aldığından qiymətlər qalxır”.
İqtisadçının fikrincə, istənilən halda dövlətin üzərinə düşən vəzifə bazar iştirakçılarına normal şərait yaratmaq və bazar iqtisadiyyatı insturmentlərini işə salmaqdır. Bunun üçün məhsul bolluğu yaratmaq və iqtisadi fəaliyyəti artırmaq lazımdır:
“İqtisadi fəaliyyətin artırılması da bank resurslarının əlçatanlığı, sahibkarlıq fəaliyyətinin azad rəqabətli olmasından keçir. Hesab edirəm ki, indiki dövrdə Qarabağ probleminin həlli sona yaxınlaşır. Müzəffər ordumuz torpaqlarımızı işğaldan tam azad edəcək.
Bölgədə gedən münaqişə də qiymətlərə təsir göstərir. Təəssüf ki, çoxlu sayda mülki vətəndaşımız yaralanıb. Bütün bunlar da həmin bölgələrdə fermer təsərrüfatı ilə məşğul olan vətəndaşların durumuna təsirsiz ötüşmür.
Beləliklə də məhsulların azlığı müşahidə olunur. Nəticədə bahalaşma yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət